Şirkətlərə Qayıt

Kənan Business Group MMC

36

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

36 iş elanı

Gözətçi

Kənan Business Group MMC

Tam Ştat
Orta Səviyyə

Texniki təhlükəsizlik qaydalarına, əməyin təhlükəsizıiyi normalarına riayət etməklə qoruduğu obyektin kənar müdaxilələrdən mühafizə edir. Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət və qeydiyyat. Kənar şəxslərin, maşınların şirkətə daxil olduğu-çıxıdğı zaman qeydiyyat kitabçalarında qeydiyyatının aparılması və nə məqsədlə gəlmələri qeyd olunmalıdır. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması. Yük maşınlarının lazımi səviyyədə yerləşdirilməsi, gərginliyə qoşulması üçün tədbirlərin görülməsi və sürücülərin istək və təkliflərini rəhbərliyə bildirmək.

Restoran meneceri

Kənan Business Group MMC

Tam Ştat
Menecer

İş barədə məlumat: Restoran meneceri (Elmlər Filialı üzrə) Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + satışdan faiz); Vəzifə öhdəlikləri: Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi; Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi; Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması; Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi; Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi; Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi; Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi; Kassa əməliyyatlarına nəzarət edilməsi; Nağd, nağdsız ödəniş əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasının təmin edilməsi; Təchizat və inventarın idarə edilməsi; İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi; İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi; Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi; İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi; Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması; Anbar sayımlarında iştirak edilməsi.

Mebel Konstruktoru

Kənan Business Group MMC

Tam Ştat
Orta Səviyyə

İş barədə məlumat İş vaxtı: 10:00 dan–19:00 dək | Həftədə bir gün istirahət. Əmək haqqı:1700-3000 azn Sabit əmək haqqı və uğurla təhvil verilən hər layihə üçün əlavə faiz. Ünvan: Biləcəri qəsəbəsi Öhdəliklər Müştərilərlə işləyərək material, furnitura, rəng seçimi və mebelin yerləşmə planı üzrə peşəkar məsləhətlər vermək. Müştərinin seçim etdiyi modeli, nümunəni, materialı, rəng palitrasını, mexanizmləri və aksesuarları düzgün qeyd etmək. Sifariş verilən obyektdən istehsal və montaj üçün tələb olunan ölçüləri millimetr dəqiqliyində götürmək. 3D dizaynın hazırlanması üçün zəruri olan bütün məlumatları və texniki qeydləri dizaynerə təqdim etmək, dizaynın müştərinin istək və seçimlərinə uyğun hazırlanmasına nəzarət etmək. Materialların kəsim sxemini (raskroy) tərtib etmək. Layihə üzrə istehsal və montaj üçün tələb olunan bütün materialların, mexanizmlərin və aksesuarların dəqiq siyahısını hazırlamaq. Layihələr üzrə dəqiq smeta hesablamalarını aparmaq. Mebel ustaları üçün istehsala tam uyğun layihə və konstruksiyaları hazırlamaq. İstehsal və montaj prosesləri zamanı yaranan texniki problemlərin operativ həllində iştirak etmək. İstehsal komandası ilə koordinasiyalı işləmək. Müştəri ilə əməkdaşlığın ilk mərhələsindən, sifarişin tam təhvil verilməsinə qədər bütün proseslərin düzgün və vaxtında icra olunmasına nəzarət etmək.

Hüquqşünas

Kənan Business Group MMC

Tam Ştat
Orta Səviyyə

İş şəraiti: -Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; -6 günlük iş qrafiki (şənbə günü qısaldılmış) -Əmək haqqı: 1500 AZN -İş yeri: Nərimanov Vəzifə öhdəlikləri: -Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi; -Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi; -Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması -Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası; -Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması; -Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi; -Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi; -Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi; -Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.