Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 - 1.600 AZN

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

İş şəraiti:
-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-6 günlük iş qrafiki (şənbə günü qısaldılmış)
-Əmək haqqı: 1500 AZN
-İş yeri: Nərimanov
Vəzifə öhdəlikləri:
-Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
-Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
-Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
-Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
-Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
-Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
-Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
-Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Yaş : 25 - 45
Cins : Kişi
Tələblər:
-Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
-Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
-Analitik düşünmə və problemləri həll etmə bacarığı;
-Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
-Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili-arzuolunandır;
-E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
-Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
-Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.

Necə Müraciət Etmək Olar

Kənan Business Group MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15039

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mebel Konstruktoru

Tam Ştat

İş barədə məlumat İş vaxtı: 10:00 dan–19:00 dək | Həftədə bir gün istirahət. Əmək haqqı:1700-3000 azn Sabit əmək haqqı və uğurla təhvil verilən hər layihə üçün əlavə faiz. Ünvan: Biləcəri qəsəbəsi Öhdəliklər Müştərilərlə işləyərək material, furnitura, rəng seçimi və mebelin yerləşmə planı üzrə peşəkar məsləhətlər vermək. Müştərinin seçim etdiyi modeli, nümunəni, materialı, rəng palitrasını, mexanizmləri və aksesuarları düzgün qeyd etmək. Sifariş verilən obyektdən istehsal və montaj üçün tələb olunan ölçüləri millimetr dəqiqliyində götürmək. 3D dizaynın hazırlanması üçün zəruri olan bütün məlumatları və texniki qeydləri dizaynerə təqdim etmək, dizaynın müştərinin istək və seçimlərinə uyğun hazırlanmasına nəzarət etmək. Materialların kəsim sxemini (raskroy) tərtib etmək. Layihə üzrə istehsal və montaj üçün tələb olunan bütün materialların, mexanizmlərin və aksesuarların dəqiq siyahısını hazırlamaq. Layihələr üzrə dəqiq smeta hesablamalarını aparmaq. Mebel ustaları üçün istehsala tam uyğun layihə və konstruksiyaları hazırlamaq. İstehsal və montaj prosesləri zamanı yaranan texniki problemlərin operativ həllində iştirak etmək. İstehsal komandası ilə koordinasiyalı işləmək. Müştəri ilə əməkdaşlığın ilk mərhələsindən, sifarişin tam təhvil verilməsinə qədər bütün proseslərin düzgün və vaxtında icra olunmasına nəzarət etmək.

Bakı