Mebel Konstruktoru
Bakı
Tam Ştat
Orta Səviyyə
1.700 - 3.000 AZN
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
İş barədə məlumat
İş vaxtı: 10:00 dan–19:00 dək | Həftədə bir gün istirahət.
Əmək haqqı:1700-3000 azn
Sabit əmək haqqı və uğurla təhvil verilən hər layihə üçün əlavə faiz.
Ünvan: Biləcəri qəsəbəsi
Öhdəliklər
Müştərilərlə işləyərək material, furnitura, rəng seçimi və mebelin yerləşmə planı üzrə peşəkar məsləhətlər vermək.
Müştərinin seçim etdiyi modeli, nümunəni, materialı, rəng palitrasını, mexanizmləri və aksesuarları düzgün qeyd etmək.
Sifariş verilən obyektdən istehsal və montaj üçün tələb olunan ölçüləri millimetr dəqiqliyində götürmək.
3D dizaynın hazırlanması üçün zəruri olan bütün məlumatları və texniki qeydləri dizaynerə təqdim etmək, dizaynın müştərinin istək və seçimlərinə uyğun hazırlanmasına nəzarət etmək.
Materialların kəsim sxemini (raskroy) tərtib etmək.
Layihə üzrə istehsal və montaj üçün tələb olunan bütün materialların, mexanizmlərin və aksesuarların dəqiq siyahısını hazırlamaq.
Layihələr üzrə dəqiq smeta hesablamalarını aparmaq.
Mebel ustaları üçün istehsala tam uyğun layihə və konstruksiyaları hazırlamaq.
İstehsal və montaj prosesləri zamanı yaranan texniki problemlərin operativ həllində iştirak etmək.
İstehsal komandası ilə koordinasiyalı işləmək.
Müştəri ilə əməkdaşlığın ilk mərhələsindən, sifarişin tam təhvil verilməsinə qədər bütün proseslərin düzgün və vaxtında icra olunmasına nəzarət etmək.
Tələblər
Təhsil : Orta
İş təcrübəsi : 5 ildən artıq
Yaş : 25 - 45
Cins : Kişi
Tələblər
Mebel istehsalının texniki tələbləri üzrə yüksək bilik.
Müştəri ilə peşəkar ünsiyyət və təqdimat bacarığı.
Kollektivlə işləmə qabiliyyəti.
Texniki və analitik düşünmə qabiliyyəti.
Yaş:25-45
Təcrübə:5 ildən çox
Necə Müraciət Etmək Olar
Kənan Business Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15042
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə