Restoran meneceri
Bakı
Tam Ştat
Orta Səviyyə
1.800 - 2.500 AZN
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 8 iyun 2026
Təsvir
İş barədə məlumat:
Restoran meneceri (Elmlər Filialı üzrə)
Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + satışdan faiz);
Vəzifə öhdəlikləri:
Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi;
Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi;
Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması;
Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi;
Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi;
Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi;
Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Kassa əməliyyatlarına nəzarət edilməsi;
Nağd, nağdsız ödəniş əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasının təmin edilməsi;
Təchizat və inventarın idarə edilməsi;
İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi;
İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi;
Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi;
İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi;
Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması;
Anbar sayımlarında iştirak edilməsi.
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 40
Cins : Kişi
Tələb olunan bilik və bacarıqlar:
Restoran əməliyyatlarının idarə olunması bacarığı;
Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər;
Müvafiq proqram təminatları ilə işləmək bacarığı;
Gigiyena və sanitariya standartları (HACCP əsasları);
Liderlik və komanda idarəetmə bacarığı;
Problem həll etmə və operativ qərarvermə bacarığı;
Detallara diqqət etmə bacarığı;
Ofis proqramları ilə işləmə bacarığı;
Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür.
Təklif edirik:
Əlavə olaraq KPI üzrə bonuslarla yüksək gəlir imkanı;
İş qrafiki: 6 günlük iş qrafiki;
Nahar şirkət tərəfindən təmin edilir.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil;
İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi.
Necə Müraciət Etmək Olar
Kənan Business Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15401
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə