Helpdesk İT Dəstək Mütəxəssisi

Bakı

Tam Ştat

Orta Səviyyə

700 - 800 AZN

Yerləşdirilib 5 may 2026

Son Tarix: 10 iyun 2026

Təsvir

iş barədə məlumat:
Vakansiya: Helpdesk / IT dəstək mütəxəssisi
İş barədə məlumat:
Mağazalardan daxil olan texniki problemlərin (POS sistemləri, kassa aparatları, barkod oxuyucular) operativ həlli
Şəbəkə və internet problemlərinin ilkin diaqnostikası
Kompüter və periferiya avadanlıqlarının quraşdırılması və dəstəyi
Yeni açılan mağazalarda IT avadanlıqlarının qurulması
Uzaqdan (remote) və yerində texniki dəstəyin göstərilməsi
Ünvan: Lökbatan

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : 22 - 35
Cins : Kişi
Tələblər:
Təhsil: Ali
İş təcrübəsi: 1 ilə qədər
Yaş: 22 – 35
Cins: Kişi
Əlavə tələblər və bacarıqlar:
IT sahəsində baza biliklər (Windows OS, Office, şəbəkə əsasları)
POS sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
Operativlik və problem həll etmə bacarığı
Ezamiyyətlərə və sahə işinə hazır olmaq
Azərbaycan dili səlis, rus dili arzuolunandır

Necə Müraciət Etmək Olar

Kənan Business Group MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15846

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Gözətçi

Tam Ştat

Texniki təhlükəsizlik qaydalarına, əməyin təhlükəsizıiyi normalarına riayət etməklə qoruduğu obyektin kənar müdaxilələrdən mühafizə edir. Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət və qeydiyyat. Kənar şəxslərin, maşınların şirkətə daxil olduğu-çıxıdğı zaman qeydiyyat kitabçalarında qeydiyyatının aparılması və nə məqsədlə gəlmələri qeyd olunmalıdır. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması. Yük maşınlarının lazımi səviyyədə yerləşdirilməsi, gərginliyə qoşulması üçün tədbirlərin görülməsi və sürücülərin istək və təkliflərini rəhbərliyə bildirmək.

Bakı

Restoran meneceri

Tam Ştat

İş barədə məlumat: Restoran meneceri (Elmlər Filialı üzrə) Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + satışdan faiz); Vəzifə öhdəlikləri: Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi; Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi; Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması; Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi; Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi; Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi; Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi; Kassa əməliyyatlarına nəzarət edilməsi; Nağd, nağdsız ödəniş əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasının təmin edilməsi; Təchizat və inventarın idarə edilməsi; İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi; İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi; Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi; İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi; Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması; Anbar sayımlarında iştirak edilməsi.

Bakı