Sənəd Dövriyyəsi üzrə Mütəxəssis
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Vəzifənin qısa təsviri:
Bu vəzifənin əsas məqsədi şirkətin sənəd idarəetmə sisteminin və daxili proseslərinin korporativ idarəetmə prinsiplərinə uyğun olaraq hüquqi və metodoloji baxımdan düzgün, sistemli və səmərəli şəkildə təşkilini təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyət istiqamətlərini və iş proseslərinin xüsusiyyətlərini öyrənmək və təhlil etmək.
Korporativ idarəetmə çərçivəsinin, daxili siyasət və prosedurların hazırlanması və tətbiqini təmin etmək, zəruri metodoloji yanaşmaları formalaşdırmaq.
Sənəd idarəetmə sistemlərini hazırlamaq, tətbiq etmək və onların effektiv fəaliyyətinə nəzarət etmək.
Fiziki və elektron sənədlərin düzgün təsnifatını, qeydiyyatını, idarə olunmasını və saxlanılmasını (o cümlədən arxivləşdirilməsini) təmin etmək, zəruri sənədləri hazırlamaq.
Sənədlərin dövriyyəsinə nəzarət etmək, yenilənmə, dəyişiklik və təsdiq proseslərinin vaxtında həyata keçirilməsini təmin etmək.
Daxili qaydalara və normativ tələblərə uyğunluğun yoxlanılması məqsədilə mütəmadi auditlər aparmaq.
Direktorlar Şurasının və komitələrin iclaslarında katib funksiyasını yerinə yetirmək.
Rəhbərlik tərəfindən verilən tapşırıqları yüksək peşəkarlıq və məsuliyyətlə icra etmək.
Tələblər
Arzu olunan təhsil və təcrübə:
Hüquq və ya Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi; müvafiq sahə üzrə magistr təhsili üstünlük hesab olunur.
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək.
Korporativ idarəetmə sahəsində minimum 2 il iş təcrübəsi və daşınmaz əmlak sektoru üzrə yaxşı biliklər.
Tənzimlənən sahələrdə iş təcrübəsinin olması üstünlükdür.
Tələb olunan bacarıqlar:
Detallara yüksək diqqətlilik.
Güclü analitik düşüncə və araşdırma bacarıqları.
Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları.
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17223
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
1000+