Ana Səhifə
Vakansiyalar

Mexanika Mühəndisi

Mexanika Mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 11 iyun 2026

Təsvir

  • Tikinti sahəsində mexaniki işlərə təsdiqlənmiş çertyojlar, texniki spesifikasiyalar və layihə qrafikinə uyğun olaraq nəzarət etmək və monitorinq aparmaq.

  • HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin düzgün quraşdırılmasını təmin etmək.

  • Gündəlik mexaniki işləri layihələndirmə, fit-out, mülki tikinti, elektrik və digər MEP sahələri ilə koordinasiya etmək.

  • Təsdiqlənmiş shop drawing-ləri, metod bəyanatlarını (method statement) və material submittal-larını nəzərdən keçirmək və onlara uyğun işləmək.

  • Görülən işlərin keyfiyyətinə nəzarət etmək və uyğunsuzluqları bildirmək.

  • Mexaniki işlərlə bağlı gündəlik və həftəlik sahə hesabatlarının hazırlanmasına dəstək vermək.

  • Yoxlama, test və istismara vermə (commissioning) proseslərində iştirak etmək.

  • Sahə üzrə RFI-lərə cavab vermək və nəzarət altında texniki izahatlar təqdim etmək.

  • Əməyin mühafizəsi və təhlükəsizlik (HSE) tələblərinə, eləcə də təhlükəsiz iş qaydalarına riayət olunmasını təmin etmək.

  • Təyin edilmiş işlərin icrası üçün subpodratçılar və briqadirlərlə koordinasiya aparmaq.

  • Snagging, qüsurların aradan qaldırılması və yekun təhvil proseslərinə dəstək göstərmək.

Tələblər

Təhsil:

Mexanika Mühəndisliyi üzrə bakalavr dərəcəsi.

İxtisaslaşma sahələri:

HVAC, santexnika və yanğınsöndürmə sistemlərinin sahədə icrası; mexaniki çertyoj və texniki spesifikasiyaların oxunması və şərh edilməsi.

İş təcrübəsi:

Sahə əsaslı mexanika mühəndisliyi vəzifələrində minimum 3–5 il iş təcrübəsi; tikinti layihələri üzrə təcrübə mütləqdir.

Dil və kompüter bilikləri (Microsoft Office):

  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı

  • Azərbaycan dilində sərbəst, ingilis dili biliyi tələb olunur

XÜSUSİ TƏLƏBLƏR

  • Mexaniki sistemlər, materiallar və tikinti metodları üzrə güclü bilik

  • Yüksək səviyyədə koordinasiya və ünsiyyət bacarıqları

  • Mexaniki çertyojları və texniki sənədləri oxumaq və şərh etmək bacarığı

  • Detallara diqqət və keyfiyyətə sadiqlik

  • Punktuallıq, məsuliyyət və layihə müddətlərinə riayət etmək bacarığı

  • Təhlükəsizlik prosedurlarına riayət etmək və dinamik tikinti mühitində işləməyə hazır olmaq

Necə Müraciət Etmək Olar

Pasha Real Estate

Pasha Real Estate

Other

PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17222

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sənədlərə Nəzarət üzrə Mütəxəssis (Tikinti)

Tam Ştat

Təyin edilmiş tikinti layihələri üzrə sənəd idarəetmə fəaliyyətlərini şirkət prosedurları və layihə tələblərinə uyğun şəkildə həyata keçirmək. Təsdiq olunmuş sənəd təsnifatı strukturuna uyğun olaraq layihə sənədləri üçün kağız və elektron arxiv/fayl sistemlərini yaratmaq, təşkil etmək və idarə etmək. Çertyojlar, texniki spesifikasiyalar, RFI-lər (sorğular), submittal sənədləri, yazışmalar və texniki sənədlər daxil olmaqla layihə sənədlərini təşkil etmək, təsnifləndirmək, qeydiyyata almaq və arxivləşdirmək. Layihə qeydləri və sənədlərinin skan edilməsi, indeksləşdirilməsi, təşkili və arxivləşdirilməsində dəstək göstərmək. Daxil olan və göndərilən submittal sənədlərinin emalını və nəzarətini həyata keçirmək, sənəd idarəetmə sistemində düzgün qeydiyyat və vaxtında yenilənməni təmin etmək. Submittal jurnallarını (loglarını) yenilənmiş saxlamaq, sənədlərin statusunu, reviziyalarını, təsdiqlərini və gecikmiş məsələləri izləmək. Layihə sənədlərini SharePoint və ya digər təyin olunmuş elektron sənəd idarəetmə sistemləri vasitəsilə yükləmək və göndərmək. Çertyojları, planları, texniki spesifikasiyaları və əlaqəli reviziyaları qəbul etmək, qeydiyyata almaq, paylamaq və izləmək. Təsdiqlənmiş sənədlərin layihə komandalarına, podratçılara və subpodratçılara nəzarətli və vaxtında paylanmasını təmin etmək. Düzgün sənəd adlandırılması, indeksləşdirmə və versiya nəzarəti ilə dəqiq elektron məlumat bazalarını idarə etmək. RFI-lər, submittal sənədləri, çertyojlar, hesabatlar və layihə yazışmaları ilə bağlı sənəd idarəetmə fəaliyyətlərində layihə komandalarına dəstək vermək. Bütün layihə qeydlərinin və sənədlərinin məxfiliyini, düzgünlüyünü və bütövlüyünü təmin etmək. Rəhbərlik tərəfindən təyin olunan digər əlaqəli vəzifələri yerinə yetirmək.