Ofisiant ( Şuşa şəhəri - Yasəmən Hotel)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
Tələblər
Müvafiq vəzifəsində minimum 1 il iş təcrübəsi
Vaxtın idarə olunması bacarıqları
Yüksək diqqətlilik və proaktiv yanaşma
Təzyiq altında işləmək
Orta təhsil
Təminatlar:
İş yeri: ŞUŞA şəhəri
Həftənin 1-ci və 5-ci günlərində servis avtobusu təşkil olunur.
Gündə 3 dəfə qıdalanma şirkət tərəfindən qarşılanır
Könüllü Tibbi Sığorta
Yaşayış yeri
Necə Müraciət Etmək Olar
Shusha Hotel Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13435
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer