Əməkhaqqı üzrə mühasib (Şuşa şəhəri)
İş yeri: Şuşa şəhəri.
İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanmas və təqdim olunması;
İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;
Əmək haqqı üzrə ilkin sənədlərin qaydaya salınması və arxivləşdirilməsi.