Ofisiant, barmen, barista

Aparıcı şirkətlərdən 39 iş imkanı kəşf edin

Fly INN Baku

Ofisiant

Fly INN Baku

Tam Ştat
Orta Səviyyə

Servis səviyyəsində Azərbaycan, Rus və İngilis dili; Micros-symphony programı bilmək üstünlükdür. Xoş ünsiyyət bacarığı; Gülərüz və mehriban olmaq; Operativlik; Tərcihən otelçilik sahəsində iş təcrübəsi; Nizam-intizam; Komanda ilə işləmək bacarığı; Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı; Səliqəli görünüm; Yeniliklərə açıq olmaq. Vəzifə öhdəlikləri: Mehmanananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək; Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək; Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq qonaqların rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək; Qonaqlara menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək; Menyu və xidmət tələblərinə uyğun olaraq ərzağı, spirtli içkiləri və digər inqrediyentləri seçmək; Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək; Qonaqların istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək; Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi. İş şəraiti: 3 növbəli iş rejimi  (həftədə 2 istirahət günü; 8 saatlıq iş rejimi ilə); Axşam və gecə növbəsinə uyğun olaraq əmək haqqına əlavə; Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində); Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu. Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd etməklə göstərilən mail-ə göndərə bilərlər.

Ofisiant ( Şuşa şəhəri - Yasəmən Hotel)

Shusha Hotel Company

Tam Ştat
Menecer

Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək. Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq. İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək. Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq. İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək. Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək. Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək. Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq. Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək. Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək. İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.

Dreamland Baku

Ofisiant

Dreamland Baku

Tam Ştat
Menecer

İş şəraiti İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi Əmək haqqı: 800 AZN (net) İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında) Əsas vəzifə və öhdəliklər Qonaqları yüksək səviyyəli xidmət standartlarına uyğun olaraq səmimi və peşəkar şəkildə qarşılamaq, onların komfortunu təmin edəcək şəkildə yerləşdirilməsini təşkil etmək Menyu üzrə məhsulların tərkibi, təqdimatı və xüsusiyyətləri barədə dolğun məlumat vermək, qonaqların seçim prosesini yönləndirərək satış imkanlarını effektiv şəkildə artırmaq Sifarişlərin dəqiqlik və operativlik prinsipləri əsasında qəbul olunmasını və servis prosesinin fasiləsiz koordinasiyasını təmin etmək Qonaqlara təqdim olunan xidmətin keyfiyyətini nəzarətdə saxlamaq, hər mərhələdə müsbət qonaq təcrübəsinin formalaşmasına töhfə vermək Servis standartlarına uyğun olaraq masa quruluşunu (setup) və masa dövriyyəsini (table turnover) effektiv şəkildə idarə etmək Qonaqların fərdi ehtiyac və gözləntilərini öncədən müəyyən edərək proaktiv xidmət yanaşması sərgiləmək Hesablaşma prosesini şirkət prosedurlarına uyğun, şəffaf və düzgün şəkildə icra etmək Servis sahəsində yüksək gigiyena, təhlükəsizlik və nizam-intizam standartlarının davamlı qorunmasını təmin etmək Məhsul və xidmətlərin vizual təqdimatına (merchandising) nəzarət edərək brend standartlarının qorunmasına dəstək olmaq Servis avadanlıqlarının (glassware, tableware və s.) təmizliyi və təqdimat keyfiyyətinin (polishing) yüksək səviyyədə saxlanılmasını təmin etmək Qonaq şikayət və rəylərini diqqətlə dinləyərək, peşəkar yanaşma ilə həll etmək və müvafiq hallarda rəhbərliyə eskalasiya etmək Komanda daxilində effektiv əməkdaşlıq qurmaq, kafe meneceri və növbə rəhbərinin tapşırıqlarını operativ və dəqiq şəkildə icra etmək