Nəqliyyat çilingəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

I.           Vəzifə öhdəlikləri

1.1.           Nəqliyyat vasitələri və texnikalara baxış keçirmək və təmirini aparmaq;

1.2.           Mexaniki, hidravlik və elektrik sistemləri üzrə nasazlıqları aşkar etmək və aradan qaldırmaq;

1.3.           Təmir zamanı təhlükəsizlik qaydalarına əməl etmək və fərdi mühafizə vasitələrindən istifadə etmək;

1.4.           İş planına və iş yeri qaydalarına uyğun olaraq texnikalarda olan potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;

1.5.           Ehtiyat hissələrinin quraşdırılmasını həyata keçirmək və uçotunu aparmaq;

1.6.           Texniki baxış və təmir işlərinin jurnalda qeyd olunması

1.7.           İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;

1.8.           Təhlükəli avadanlıq və sahələrdə yalnız təhlükəsizlik qaydalarına uyğun işləmək

1.9.           Təmir edilmiş texnika işə salınmadan əvvəl yoxlamaların tam aparılmasına cavabdehlik daşımaq

1.10.       Təmir üçünn ona təhvil verilmiş texnikanı vaxtında və keyfiyyətli şəkildə təmir edərək jurnala müvafiq qeydlər aparmaqla imzalı şəkildə təhvil vermək

1.11.       İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;

1.12.       Təmir və nasazlıqlar barədə öz rəhbərliyini vaxtında məlumatlandırmaq

1.13.       Ona etibar edilmiş təmir avadanlıqlarından səmərəli istifadə etmək

1.14.       Əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etmək;

1.15.       Yanğın təhlükəsziliyi qaydalarına əməl etmək

1.16.       Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

2.1. Texniki orta və ya orta ixtisas təhsili (mexanika, avtomatika, hidravlik və ya sənaye texnikası sahəsində üstünlük).

2.2. Avtokar, frontal yükləyici (KON) və digər yük texnikasının təmiri üzrə minimum 1–3 il iş təcrübəsi.

2.3. Preventiv texniki baxış, diaqnostika və təmir işlərində təcrübə üstünlükdür.

2.4. İş zamanı sənaye təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət təcrübəsi.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14641

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Regional Satış Müdiri

Tam Ştat

Şirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq; Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək; Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək; Regionlarda çalışan satış nümayəndələrinə rəhbərlik və nəzarət etmək; Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək; İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək; Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək; Yeni potensial müştəriləri müəyyənləşdirmək və müştəri bazasını genişləndirmək; Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək; Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək; Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil etmək və rəhbərliyə məlumat vermək; Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək; Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək; Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək. İş şəraiti: İş yeri: Luxen Plaza; Korporativ nömrə; Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.