Regional Satış Müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Şirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq;
Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək;
Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək;
Regionlarda çalışan satış nümayəndələrinə rəhbərlik və nəzarət etmək;
Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək;
İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək;
Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək;
Yeni potensial müştəriləri müəyyənləşdirmək və müştəri bazasını genişləndirmək;
Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək;
Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək;
Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil etmək və rəhbərliyə məlumat vermək;
Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək;
Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək;
Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
Korporativ nömrə;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Tələblər
Biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
Satış və ya idarəetmə sahəsində minimum 3-5 illik təcrübə (regionlarda təcrübə üstünlükdür);
Satış strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə;
MS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;
Liderlik və komanda idarəetmə bacarığı;
Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
Problemləri həll etmək və qərar qəbul etmək bacarığı;
Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14642
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000