Marşrut planlaması üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Nəqliyyat və ya çatdırılma marşrutlarının planlaşdırılması və optimallaşdırılması;
Gündəlik, həftəlik və aylıq daşınma planlarının hazırlanması;
Yüklərin vaxtında və effektiv çatdırılmasını təmin etmək;
Sürücülərin və nəqliyyat vasitələrinin düzgün bölgüsünü təşkil etmək;
Yol, məsafə, yanacaq xərcləri və vaxt faktorlarını analiz etmək;
Sürücülərlə və digər əməliyyat heyəti ilə daimi əlaqədə olmaq;
Gecikmə və ya problem yarandıqda operativ həll yolları tapmaq;
GPS və ya digər izləmə sistemləri vasitəsilə marşrutlara nəzarət etmək;
Müştəri və ya tərəfdaşlarla kommunikasiya qurmaq.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: Minimum 1 il;
Yaş həddi: 20-30;
Kompüter bilikləri: Ofis proqramları (Word, Excell, Outlook);
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
İş şəraiti:
İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;
İş saatı: 09:00-18:00, 6-cı gün 09:00-13:00;
İstirahət: Bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Şəhərin mərkəzində ofis;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Əmək haqqı bilik və bacarıqlarınıza əsasən müəyyən ediləcəkdir;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14640
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000