Marketinq tədqiqatları üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
Marketinq Tədqiqatlarının həyata keçirilməsi - regionlar üzrə;
Analitik hesabatların hazırlanması;
Satışın artırılması üçün təkliflərin hazırlanması;
Hədəf auditoriyasını nəzərə alaraq marketinq kampaniyaları üçün ideyalar fikirləşib hazırlamaq;
Müxtəlif marketinq məqsədləri üçün bazar araşdırmalarının həyata keçirilməsini;
Müxtəlif marketinq kampaniyalarının, tədbirlərin nəticələrini təhlil etmək;
Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
Tələblər
Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dili səlis, (rus və ingilis dili bilikləri arzuolunandır);
Analitik düşüncə, araşdırma və təhlil bacarığı;
Ünsiyyət və təqdimat bacarığı;
Şəxsi avtomobilinin olması.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 günlük;
İstirahət: Şənbə və bazar günü;
Korporativ nömrə;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Şəhərin mərkəzində ofis
Bonus sistemi
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14639
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000