Müştəri xidmətləri üzrə Təcrübəçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Zənglərin və mesajların cavablandırılıb, sifarişlərin ardıcıl şəkildə qeydə alınması;
Kontragentlərin yoxlanılması və yenisinin yaradılması üçün yönəldilməsi;
Müqavilələrin hazırlanması; Hazır müqavilə və sənədlərin yoxlanılıb, həm elektron qovluğa, həm də sənədlərin əsli olan qovluqlara yığılması; Sənədlərin çapı;
Anbar qalığının yoxlanılması;
İş prosesi ilə bağlı aidiyyatı şöbələrə zəng;
Logistika ilə əlaqə saxlayıb,istiqamətlərin dəqiqləşdirilməsi;
Sifarişlərin təsdiqi üçün aidiyyatı üzrə yönəldilməsi;
Müştərilərin suallarının cavablandırılması, lazım gəldikdə mütəxəssisə yönəldilməsi; Şikayət blankının tərtib edilməsi;
Ustalar klubuna müştərilərin yönəldilməsi; Mövcud endirim və bonuslar barədə müştəriyə məlumat verilməsi.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 günlük;
İstirahət: Şənbə və bazar günü;
Korporativ nömrə;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
Şəhərin mərkəzində ofis
Karyerada inkişaf imkanı
Bonus sistemi
Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
Təhsil: Ali/Bakalavr
Yaş həddi: 20-25
Microsoft Office proqramlarında təcrübə
Azərbaycan dilində sərbəst danışıq, ingilis və rus dilləri bilikləri üstünlükdür;
Müştəri xidmətləri və ya satış sahəsində minimum 6 aylıq iş təcrübəsi.
Məsuliyyətli, təşəbbüskar və təşkilatçı yanaşma; Diqqətli, səbrli və məsuliyyətli
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18137
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000