Mühasib
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 30 iyun 2026
Təsvir
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsi
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
Statistik hesabatları hazırlamaq
İdxal-ixrac əməliyyatlarının uçotu üzrə məlumatları daxil etmək və düzgünlüyünə nəzarət etmək.
Baş mühasibin və ya aidiyyəti şöbə rəhbərinin mühasibatlıqla bağlı tapşırıqlarını icra etmək
Gürcüstan və ÖZbəkistan layihələri üzrə mühasibat uçotu işlərinin aparılması (1C ERP 8.3 proqramında əməliyyatların icrası, elektron bankçılıq əməliyyatlarının həyata keçirilməsi, əməkhaqqı hesablamaları, aylıq daxili hesabatların hazırlanması, gündəlik ödənişlərin icrası, mal nomenklaturalarının açılması, Azərbaycan Respublikasından ixrac və Gürcüstana idxal olunan mallar üzrə sənədlərin rəsmiləşdirilməsi və uçotunun aparılması);
Bank çıxarışlarının işlənilməsi;
Ezamiyyət haqlarının hesablanması;
Əmək haqqı ilə bağlı statistika hesabatlarının hazırlanması.
Tələblər
Təhsil: Ali (İqtisadi);
İş təcrübəsi: minimum 1 il iş təcrübəsi olan;
Dil bilikləri: Azərbaycan və Rus dilləri mütləqdir, ingilis dili bilikləri arzu olunandır;
Kompüter bilikləri: 1C 8.3 və MS Office yaxşı səviyyədə.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İş qrafiki: 5 gün, şənbə və bazar istirahət;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18136
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000