Üzvlərlə iş üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Tədbirlərin təşkili və koordinasiyası
Marketing layihələrinin idarə olunması
Tərəfdaş və üzvlərlə əlaqələrin qurulması
Beynəlxalq qrant layihələrinin hazırlanması və idarə olunması
Rəsmi danışıqların aparılması
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi 1-3 il;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və ingilis dili biliyi üstünlükdür;
Kompüter bilikləri: MS Ofis (Word, Excel, PowerPoint, Outlook) və 1C 8.3;
Beynəlxalq qrant layihələrinin yazılması və idarə olunması sahəsində iş təcrübəsi;
Marketing və tədbir sahəsində təcrübə;
Dövlət orqanları və beynəlxalq layihələrlə iş təcrübəsi;
B2B satış və təqdimat bacarıqları;
Protokol qaydalarını bilmək;
Təşkilatçılıq, problem həll etmə və deadline ilə işləmək bacarığı;
Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 günlük;
İstirahət: Şənbə və bazar günü;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17138
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000