Ana Səhifə
Vakansiyalar

İnşaat mühəndisi

İnşaat mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • Ümumi plan cizgilərinin, yığım cizgilərinin və detal cizgilərinin hazırlanması;

  • Raportların alınması, forma-2 və sahə üzrə digər sənədlərin hazırlanması;

  • Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası;

  • Müvafiq mühəndislik dərəcəsi olmalıdır;

  • Çertyoj və konstruksiya proqramlarında işləmə bacarığı arzuolunandır;

  • Kəsim planlarının və qaynaq raportlarının hazırlanması;

  • Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;

  • Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;

  • Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;

  • Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;

  • Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;

  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

  • Problemləri aradan qaldırmaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;

  • Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;

Tələblər

  • Ali təhsil (İnşaat sahəsində)

  • İnşaat sahəsində 5 il iş təcrübəsi;

  • Ofis programları (word, excel), Autocad, Tekla;

  • Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;

  • Rus biliyi (yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində)

  • Ölkədaxili və Ölkəxarici ezamiyyə imkanları;

İş şəraiti:

  • İş yeri: Azwool Zavodu

  • İş qrafiki: 6 günlük, şənbə günü qısa iş günü;

  • İstirahət: Bazar

  • Ünvan: Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi.

Biz nə təklif edirik:

  • Əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

  • Bonus sistemi

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18135

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya