Müştəri əlaqələri üzrə menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsi və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsi xahiş olunur.
Vəzifənin rolu:
CRM Meneceri şirkətin müştəri əlaqələrinin idarəedilməsi strategiyalarının hazırlanması və həyata keçirilməsinə cavabdehdir. O, CRM sistemini idarə edir, müştəri məlumatlarından effektiv istifadəni təmin edir və müştəri sadiqliyini və əlaqəsini artırmaq məqsədilə təşəbbüslər həyata keçirir. CRM Meneceri marketinq komandası, satış bölməsi və mağaza heyəti ilə sıx əməkdaşlıq edərək şirkətin biznes məqsədlərinə uyğun CRM planları hazırlayır və icra edir. Müştəri seqmentasiyasının düzgün aparılmasını, məlumatların toplanmasını, birbaşa marketinq fəaliyyətlərinin dəstəklənməsini və müştəri münasibətlərinin gücləndirilməsini təmin edir, həmçinin mağaza heyəti üçün CE/CX (Müştəri Təcrübəsi) üzrə təlimlər həyata keçirir.
Vəzifə öhdəlikləri:
CRM strategiyası və icrası:
Müştəri sadiqliyi, saxlanılması, ömürlük dəyəri və ümumi mükəmməl müştəri təcrübəsini artırmaq məqsədilə effektiv CRM strategiyaları hazırlamaq və tətbiq etmək;
CRM sisteminin inkişafı, texniki xidmət və dəyişikliklərinə nəzarət etmək, onun biznes ehtiyaclarına uyğunluğunu və marketinq strategiyasına dəstək verdiyini təmin etmək;
Müştəri seqmentasiyası, biznes ehtiyacları və məlumat analizi əsasında hədəfli CRM kampaniyaları hazırlamaq və həyata keçirmək.
Məlumatların idarəedilməsi və problemlərin həlli:
Fərdiləşdirilmiş marketinq təşəbbüslərini dəstəkləmək üçün müştəri məlumatlarının toplanması, təhlili və istifadəsini idarə etmək; CRM məlumatlarının digər biznes sistemləri və platformaları (e-mail marketinq, avtomatlaşdırma, sosial media texnologiyaları və s.) ilə inteqrasiyasını təmin etmək;
CRM komandası ilə birlikdə müştəri şikayətləri, problemləri və digər geribildirimlərin həllinə rəhbərlik etmək;
Məlumat əsaslı CRM planlarını marketinq komandası və mağaza satış heyəti üçün gücləndirici təlimlərə inteqrasiya edərək ümumi müştəri təcrübəsinin artırılmasına töhfə vermək.
Komanda idarəçiliyi və əməkdaşlıq:
CRM strategiya və kampaniyalarının effektiv həyata keçirilməsi məqsədilə CRM Administrator(lar)ı üçün iş həcmini müəyyənləşdirmək, onlara rəhbərlik və mentorluq etmək;
Marketinq, satış və İT daxil olmaqla müxtəlif funksional komandalarla əməkdaşlıq edərək CRM təşəbbüslərinin bütün biznes bölmələrində ardıcıl şəkildə tətbiqini təmin etmək;
CRM üzrə ən yaxşı təcrübələr, alətlər, müştəri təcrübəsi və texnologiyalar sahəsində bütün komanda üzvlərinə, o cümlədən mağaza satış heyətinə təlim və dəstək göstərmək.
Professional biliklər:
Güclü strateji planlaşdırma və layihə idarəetmə bacarıqları;
CRM sistemləri və alətləri ilə işləmək bacarığı (məsələn, 1C, Salesforce, HubSpot);
Əla məlumat analizi və hesabat hazırlama bacarıqları;
Güclü kommunikasiya və liderlik bacarıqları;
Müştəri seqmentasiyası, sadiqlik proqramları və münasibət marketinqi haqqında dərin anlayış;
Sürətli və dinamik mühitdə işləmək və çoxsaylı vəzifələri idarə etmək bacarığı.
Təhsil:
Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya, Data analitikası və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
Marketinq, CRM, data analitikası və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP, Salesforce, HubSpot, Microsoft Dynamics və ya ekvivalent).
İş təcrübəsi:
CRM idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi (2 ili rəhbərlik səviyyəsində olmaqla)
Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür.
Vakansiya ilə maraqlanan namizədlər “Müraciət et” butonuna klik edərək müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14727
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+