İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Sinteks Şirkətlər Qrupu “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
İR Əməliyyatları üzrə mütəxəssis işçilərlə bağlı əsas əməliyyatları icra edir – işə qəbul, işdən çıxma, yerdəyişmə, davamiyyət və məzuniyyət proseslərini idarə edir. ƏMAS və ERP sistemində məlumatların düzgünlüyünü təmin edir, əməkhaqqı və icbari sığorta ilə bağlı yenilənmələri aparır. Həmçinin, arayışların hazırlanması, sənədləşmə və aidiyyəti qurumlarla yazışmalara cavabdehdir.
Vəzifə öhdəlikləri:
Əmək Münasibətləri və Sənədləşmə
İşə qəbul, kadr dəyişiklikləri və işdən azad etmə proseslərinin icra olunması
Yerdəyişmə və işdən çıxma zamanı təhvil-təslim prosesinin təşkil olunması
Müvafiq əmrlərin (işə qəbul, dəyişiklik, məzuniyyət və s.) hazırlanması və 1C/ƏMAS sistemlərinə daxil edilməsi
İntizam tənbehlərinin verilməsinə dair sənədlərin hazırlanması və qeydiyyatı
Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
ƏMAS və ERP Sistem İdarəçiliyi
ƏMAS və 1C ERP sistemlərində əməkdaş məlumatları və lazımlı sənədləri dəqiq və vaxtında daxil edilməsi
İşçilərin mağazalararası yerdəyişmə proseslərinin 1C ERP sisteminə daxil edilməsi
ƏMAS sistemində işçilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması
Əmək haqqı və vəzifə üzrə dəyişikliklərin ERP və ƏMAS sistemlərində rəsmiləşdirilməsi
Davamiyyət və Məzuniyyət İdarəetməsi
Davamiyyətə nəzarət və uyğunsuzluqların aradan qaldırılması
İş vaxtının uçotu tabelinin hazırlanması və əmək haqqı sisteminə ötürülməsi
Məzuniyyət qrafiklərinin hazırlanması və icra olunması
Xəstəlik vərəqələrinin elektron sistemdə rəsmiləşdirilməsi
Təlimlərin təşkili və həyata keçirilməsinə dəstək
Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılması, təşkili və həyata keçirilməsinə dəstək göstərmək.
İcbari Sığorta və Sosial Ödənişlər
İşçilərin icbari sığorta ödənişlərinin vaxtında icra olunmasının təmin edilməsi
Əmək haqqı kartlarının sifarişi və işçilərə təqdim olunması
Məsuliyyət sahəsi:
İR üzrə sənədləşmə
1C və Elektron Hökümət Portalı qeydiyyatı
ERP sistemində işçi məlumatların daxil edilməsi
Əmək haqqı tabeli
Sosial ödəmələr və İcbari Sığorta
Vəzifə tələbləri:
Təhsil:
Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
İR üzrə Əməliyyatların aparılması və ya Kadr Kargüzarlığı üzrə sertifikat
İş Təcrübəsi:
İR Əməliyyatların aparılması (Kadr Kargüzarlığı) üzrə ən azı 2 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar:
Ünsiyyət bacarıqları
Zamanın idarəolunması
Problem həll etmə
Məsuliyyət
Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13860
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+