Təftiş üzrə Kiçik Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Sinteks Şirkətlər Qrupu “Təftiş üzrə Kiçik Mütəxəssis” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu ofis, anbar və mağazalarda təftiş zamanı əmtəə məhsullarının və inventarların sayımını həyata keçirməkdir
Vəzifə öhdəlikləri:
Xüsusi texniki vasitələrlə əmtəə məhsullarının və inventarların sayımının həyata keçirir
Əmtəə məhsullarını və inventarları qüsur, çeşid səhvi və digər nöqsanlara görə yoxlayır və aşkar etdiyi nöqsanlar barədə mütəxəssisi məlumatlandırır
Təftiş zamanı aşkarlanan etiketsiz əmtəə məhsullarının və inventarların etiketlərini bərpa edir
Məsuliyyət sahəsi:
Əmtəə məhsullarının və inventarların sayımı
Professional biliklər:
Təftiş avadanlıqları ilə işləmə qaydalarını
Təhsil:
Maliyyə/Audit və ya digər müvafiq sahədə orta ixtisas və ya Ali təhsil
İş təcrübəsi:
Pərakəndə satış sahəsində azı 1 il iş təcrübəsi arzuolunandır (Xəzinədar, anbardar vəzifələrində)
Təftiş sahəsində iş təcrübəsinin olması üstünlükdür
Professional Bacarıq və Kompetensiyalar
Məsuliyyət
Detal və nəticə yönümlü
Əmək haqqı: 600 azn
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təftiş üzrə Kiçik Mütəxəssis” qeyd edərək qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13041
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+