Mühasib köməkçisi / Junior Mühasib (Təcrübə yeri — perspektivli namizədlər üçün)
Bakı
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Baku Design Academy-nin maliyyə komandasına qoşulmaq istəyən, mühasibatlıq üzrə kurs keçmiş və praktiki təcrübə qazanmaq istəyən bir namizəd axtarırıq. Əgər sən öyrənməyə həvəsli, diqqətli və maliyyə sahəsini karyera istiqaməti seçmisənsə — bu fürsət tam sənin üçündür. Yaxşı nəticə göstərən namizədlər üçün Junior Mühasib kimi işə qəbul imkanı nəzərdə tutulur.
Vəzifə öhdəlikləri
Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi
E-qaimə, hesab-faktura və təhvil-təslim aktlarının tərtibi
Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması
Debitor borcların izlənməsi
Vergi və digər dövlət portallarında ilkin əməliyyatların icrası
Tələblər
Maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə təhsil (tələbə və ya məzun)
Mühasibatlıq üzrə kurs sertifikatı (üstünlük verilir)
Microsoft Office (Excel) bilikləri
Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq
Komanda ilə işləmə bacarığı
Şərtlər
Bakı şəhəri
Tam iş günü
Təcrübə Müddəti (3 ay)
Uğurlu təcrübə dövrünün ardından Junior Mühasib vəzifəsinə keçid imkanı
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində " Mühasib köməkçisi - Ad Soyadınız" qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Baku Design Academy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14854
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə