Marketing / Event Specialist (Middle, 3 years of experience)
Əmək haqqı: 800-1000 azn
Bu rol — həm təşkilati gücü olan, həm də kreativ düşüncəni sevən biri üçündür. Eventlərin ideyadan icraya qədər bütün mərhələlərində, eyni zamanda həmin eventlərin marketinq və sosial media kommunikasiyasında aktiv rol alacaq dinamik bir şəxs axtarırıq.
Vəzifə Öhdəlikləri:
Aylıq eventlərin ideya mərhələsindən başlayaraq planlanması, büdcələndirilməsi, təşkili, icrası və post-event hesabatının (rapor) hazırlanmasına qədər bütün prosesə nəzarət etmək;
Eventlərdə foto/video çəkilişlərinə (mobil telefonla reels, story üçün qısa videolar daxil) dəstək göstərmək və nəticələrin vaxtında çıxmasını təmin etmək;
Daxili və xarici marketinq kommunikasiyalarını idarə etmək (elanlar, duyurular, e-maillər, partnyor yazışmaları və s.);
Brend imicinə uyğun olaraq post-event materialların (postlar, e-maillər, recap videolar) hazırlanmasını və sosial media üçün paylaşım prosesinin koordinasiyasını təmin etmək.