Ana Səhifə
Vakansiyalar

Senior Targeting Specialist — Outsource

Senior Targeting Specialist — Outsource

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

Şirkət haqqında:

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur.

Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.

Sizdən nə gözləyirik?
Bizə sadəcə "reklam quran" yox, reklamın satışa birbaşa təsirini (CPL/CPA) anlayan, rəqəmlərlə hərəkət edən və "nəticə üçün məsuliyyət" (ownership) hissi olan strateq lazımdır. Əgər sizin üçün əsas göstərici "layk" yox, satışdırsa, bu iş sizin üçündür.

Əsas öhdəliklər:

  • Performans Menecment: Aylıq büdcəni idarə edərək, minimum CPL (Lid başı xərc) və hədəf CPA (Satış başı xərc) göstəricilərinə nail olmaq.

  • Auditoriya Strategiyası: Müxtəlif seqmentlər üzrə (Cold, Warm, LAL, Retargeting) dərin auditoriya analizi aparmaq və hər biri üçün xüsusi yanaşma tətbiq etmək.

  • Gündəlik Optimallaşdırma: Reklamlara sadəcə baxmaq deyil, hər gün datanı analiz edərək kampaniyaları təkmilləşdirmək.

  • Texniki Sazlama: Pixel, Conversion API (CAPI), Event-lərin qurulması və CRM inteqrasiyalarını mükəmməl səviyyədə idarə etmək.

  • Hesabatlılıq: ROAS, CAC və konversiya dərəcələrini əhatə edən həftəlik/aylıq şəffaf hesabatlar təqdim etmək.

Namizədə dair tələblər:

  • Təcrübə: Meta Ads (Facebook/Instagram) sahəsində minimum 5 il+ ciddi təcrübə və uğurlu "Performance" keysləri (Case studies).

  • Müasir Biliklər: Meta-nın ən son yeniliklərinə (Advantage+, CAPI və s.) və alqoritmlərinə tam hakim olmaq.

  • Satış Düşüncəsi: Marketinq qıfını (Funnel) dərindən anlamaq və reklamın satış komandasının işinə necə təsir etdiyini bilmək.

  • Anti-Robot yanaşma: "Sadəcə nəsə edim" yox, "nəyi, niyə və necə edirəm" suallarına cavab verərək işləmək.

  • Dil bilikləri: Azərbaycan dilində səlis ünsiyyət (Rus və ya İngilis dili bilməsi texniki resursları oxumaq üçün üstünlükdür).

Biz nə təklif edirik:

  • Test dövrü: 1-2 aylıq sınaq müddəti (nəticəyə əsasən uzunmüddətli əməkdaşlıq).

  • Büdcə: Stabil və artan reklam büdcəsi ilə işləmək imkanı.

  • Bonus: KPI-lar yerinə yetirildikdə nəticəyə əsaslanan əlavə motivasiya sistemi.

  • Format: Outsource (Məsafədən), lakin həftəlik onlayn/ofis görüşləri ilə.

Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini və idarə etdikləri uğurlu kampaniyaların keyslərini (Case Studies) mövzu hissəsində "Senior Targeting Specialist | Ad Soyadınız" qeyd etməklə göstərilən elektron poçtünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız real rəqəmlər və keyslər təqdim edən namizədlərlə 10 gün ərzində əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Baku Design Academy

Baku Design Academy

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13605

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış üzrə Baş Mütəxəssis / Team Lead

Tam Ştat

Şirkət haqqında: BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir. Sizdən nə gözləyirik? Siz sadəcə satış etməyəcəksiniz, siz satış komandasının "onurğa sütunu" olacaqsınız. Bizə rəqəmlərlə danışan, hər bir yazışmanın və zəngin keyfiyyətinə cavabdehlik daşıyan lider lazımdır. Əsas öhdəliklər: Keyfiyyətə nəzarət: Satış mütəxəssislərinin yazışma və zənglərinə (həm kəmiyyət, həm də keyfiyyət üzrə) gündəlik nəzarət etmək. SLA Menecment: Müştərilərlə ünsiyyət dövrünü və cavablandırma sürətini izləmək. Şirkətin daxili SLA standartlarının (məsələn, 15 dəqiqə qaydası) icrasını təmin etmək və bu standartların təkmilləşdirilməsində iştirak etmək. Mürəkkəb müştərilər: Çətin və mürəkkəb müştərilərlə danışıqları öz üzərinə götürmək, prosedurları idarə etmək. B2B Satışlar: Korporativ müştərilərlə yazışmalar aparmaq və B2B satış prosesini idarə etmək. Nümunəvi Satış: Lazım gəldikdə birbaşa müştəri ilə ünsiyyətə girmək və satışı bağlamaq (Closing). Namizədə dair tələblər: Məsuliyyət və Ownership: İşi "öz işi kimi" mənimsəmə bacarığı. Təşəbbüskarlıq: Problemi sadəcə qeyd etmək deyil, onun həlli yolunu təklif etmək. Çeviklik: Dəyişən bazar şərtlərinə və yeni daxili sistemlərə (CRM, yeni skriptlər) sürətlə uyğunlaşmaq. İntellektual yanaşma: Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək. Dürüstlük: Həm komanda, həm də rəhbərliklə münasibətlərdə tam şəffaflıq. Təcrübə: Satış sahəsində ən azı 2 il, komanda idarəetməsində isə minimum 1 il iş təcrübəsi. Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi) bacarığı; Rus və ya İngilis dili bilikləri üstünlükdür." CRM sistemləri və hesabatlılıq alətləri (məsələn, Looker Studio, Excel) ilə işləmə bacarığı. Stressə davamlılıq, gərgin iş rejimində fokusunu itirməmək və komandanı hədəfə yönləndirmək qabiliyyəti. Biz nə təklif edirik? Şəhərin mərkəzində müasir ofis və kreativ mühit. Sistemli iş prosesi və peşəkar inkişaf imkanı. Nəticəyə əsaslanan motivasiya sistemi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə. Şəffaf hesabatlılıq sistemi və peşəkar idarəetmə mühiti. Müraciət qaydası: Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə Team Lead | Ad Soyadınız" qeyd etməklə göstərilən elektron poçtünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.