Senior Satış Mütəxəssisi
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Sizdən nə gözləyirik?
Biz sadəcə "satıcı" axtarmırıq. Bizə müştərini anlayıb, ona doğru həlli təqdim edə bilənvə satışınəticəyə çatdıran peşəkar lazımdır.
Əgər siz:
Müştərinin əsl ehtiyacını 5 dəqiqədə tapa bilirsinizsə,
Etirazları ilk 30 saniyədə dəyərlə əvəzləyə bilirsinizsə,
Satışın texnologiya olduğunu bilib, öz nəticələrinizi rəqəmlərlə ölçməyi sevirsinizsə, — bu rol sizin üçündür.
Əsas öhdəliklər:
Lid emalı: Sosial şəbəkələr, zənglər və yazışmalar üzrə daxil olan müştərilərlə çalışmaq,onları konsultasiyaya və müqaviləyə gətirmək.
Konsultasiya aparmaq: müştərinin karyera məqsədlərini anlamaq, ona uyğun kursu-peşəni seçməsində kömək etmək.
Satış bağlamaq (Closing) müqavilə imzalanması, ödəniş qaydalarının razılaşdırılması.
Mütamadi Follow-up: "Düşünür", "Geri dönüş edəcək" statusundakı müştərilərlə sistemli işləmək.
CRM-də dəqiq qeydlər aparmaq: hər bir müştəri ilə ünsiyyət, növbəti addımlar, nəticələr CRM-də qeyd olunmalıdır.
Komanda ilə bilik paylaşmaq: yaxşı işləmiş skriptlər, yeni etirazlar, müştəri tipləri haqqında müşahidələrinizi komanda ilə bölüşmək.
Namizədə dair tələblər:
Mütləq:
Satışda ən azı 2 il təcrübə (təhsil, xidmət, sığorta, bank və ya uzun satış dövrü olan sahələrdə).
Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi).
CRM sistemləri ilə işləmə təcrübəsi.
Rəqəmlərlə düşünmək: öz konversiyanızı, orta çekinizi, satışdan satışa dövrünü biliyiniz.
Etirazlarla işləmə bacarığı.
Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək.
Üstünlük olaraq:
Təhsil, kurs, treninq satışı təcrübəsi.
Rus və ya İngilis dili.
Biz nə təklif edirik?
Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.
Rəqabətli əmək haqqı: Fiks + performansa bağlı bonus sistemi.
Şəffaf KPI: nəyə görə nə qədər qazanacağınızı ilk gündən bilirsiniz.
Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.
İnkişaf perspektivi: yüksək nəticə göstərən mütəxəssislər üçün daha böyük rollara keçid imkanı.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Senior Satış Mütəxəssisi - Ad Soyadınız" qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Baku Design Academy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14855
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə