Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 3 iyun 2026

Təsvir

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Mühasibvakansiyasını paylaşır.

İş şəraiti:

  • Məkan: Xankəndi şəhəri

  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;

  • PMS, ACCA və ya CIMA sertifikatına malik olmaq və ya həmin istiqamətdə təhsil almaq arzuolunandır;

  • Mühasib kimi ən azı 3 illik iş təcrübəsinə sahib olmaq;

  • Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;

  • 1C proqramında sərbəst işləmə bacarığına sahib olmaq;

  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması istiqamətində təcrübəyə malik olmaq;

  • Əmək haqqı hesablamaları üzrə iş təcrübəsinə sahib olmaq

  • Elektron qaimə-faktura və ilkin sənədlərlə işləmə bacarığı;

  • İngilis və Rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;

  • Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı.

Öhdəliklər:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil edir.

  • İlkin mühasibat sənədlərinin hazırlanmasını həyata keçirir. Satış əməliyyatlarının mühasibat proqramına daxil edir və şöbə rəhbərinin verdiyi digər tapşırıqları həyata keçirir.

  • Mal və xidmərt alışı sənədlərinin (elektron qaimə, hesablar və s..) yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;

  • Aylıq, rüblük vergi bəyannamələrinin (ÖMV, ƏDV, Əmlak, Vahid bəyannamə və s.),

  • Mənfəət bəyannaməsinin tərtib və təqdim olunmasında maliyyə nəzarətçisinə lazımi köməklik edir.

  • Statistika hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;

  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor  borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks  etdirilməsini təmin edir.

  • Debitorlarla (fiziki şəxslərlə) qarşılıqlı üzləşmələr aparır, onlara öhdəliklər barədə məlumatlar-bildirişlər göndərir, borcların yığılmasını təmin edir.

  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir.

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı

  • Məktəbin yeməkxanasında nahar imkanı

  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “Mühasib, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

Necə Müraciət Etmək Olar

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Education

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17952

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya