Təsərrüfat üzrə Supervayzer

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 3 iyun 2026

Təsvir

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Təsərrüfat üzrə Supervayzervakansiyasını paylaşır.

İş şəraiti:

  • Məkan: Xankəndi şəhəri

  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Şənbə)

Tələblər

  • Ali təhsil (texniki, mühəndislik və ya müvafiq sahə üzrə)

  • İstismar və texniki təminat sahəsində minimum 3 il iş təcrübəsi

  • İstismar proseslərinin təşkili və idarə olunması üzrə biliklər

  • Müqavilələrin icrası və sənəd dövriyyəsinə nəzarət bacarığı

  • Büdcə və xərclərin izlənilməsi üzrə anlayış

  • Texniki infrastruktur və avadanlıqlar üzrə ümumi biliklər

  • Təmir və xidmət işlərinin keyfiyyətinə nəzarət bacarığı

  • İllik texniki təminat ehtiyaclarının planlaşdırılması üzrə təcrübə

  • Azərbaycan dilini səlis bilmək, rus və ingilis dilini bilmək arzu olunandır

  • MS Office proqramlarında işləmək bacarığı

Öhdəliklər:

  • İstismar və texniki təminat üzrə mövcud baza və infrastrukturun qorunmasını və inkişafını təmin etmək

  • Kompleksin digər bölmələri ilə sıx əməkdaşlıq edərək ehtiyacların vaxtında qarşılanmasını təmin etmək

  • İstismar və texniki təminat xərclərinə nəzarət etmək və optimallaşdırma üzrə təkliflər vermək

  • Xidmətlərin keyfiyyətli və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək

  • İllik istismar və texniki təminat ehtiyaclarının planlaşdırılmasını və koordinasiyasını həyata keçirmək

  • Kompleksdə istismar işlərinin icrasına nəzarət etmək və müvafiq yoxlamalar aparmaq

  • Xidmətlərin vaxtında, keyfiyyətli və büdcəyə uyğun şəkildə yerinə yetirilməsini təmin etmək

  • Müqavilələrin icrası ilə bağlı sənədlərin dövriyyəsinə nəzarət etmək və prosesləri izləmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı

  • Məktəbin yeməkxanasında nahar imkanı

  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “Təsərrüfat üzrə Supervayzer, Xankədni Kampus” başlığı ilə göndərsinlər.

Necə Müraciət Etmək Olar

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Education

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17957

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya