Texniki Usta (Elektrik-Santexnik)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və **Texniki Usta (Elektrik-Santexnik)**vakansiyasını paylaşır.
İş şəraiti:
Məkan: Xankəndi şəhəri
İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Şənbə)
Tələblər
Ali və ya orta təhsil
Elektrik və santexnika sahəsində minimum 2 il təcrübə
Elektrik və su sistemlərinin əsas iş prinsiplərini bilmək
Təmir və quraşdırma işlərini sərbəst yerinə yetirmək bacarığı
Təhlükəsizlik qaydalarına riayət etmək
Məsuliyyətli, diqqətli və operativ olmaq
Öhdəliklər:
Elektrik və santexnika sistemlərinin gündəlik işlək vəziyyətdə olmasına nəzarət etmək
İşıqlandırma, priz, açar və digər elektrik avadanlıqlarının təmir və quraşdırılmasını yerinə yetirmək
Su xətləri, kranlar, borular və kanalizasiya sistemlərində yaranan nasazlıqları aradan qaldırmaq
Kiçik təmir və montaj işlərini icra etmək
Qısaqapanma, su sızması kimi hallara operativ müdaxilə etmək
Planlı yoxlamalar aparmaq və problemləri vaxtında müəyyən etmək
İş sahəsinin təmiz və təhlükəsiz saxlanılmasını təmin etmək
Lazım olduqda əlavə texniki işləri yerinə yetirmək
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “Texniki Usta, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.
Necə Müraciət Etmək Olar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Education
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17958
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500