Marketinq və İctimai Əlaqələr üzrə Menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
Şirkətimiz komandamıza strateji düşünmə qabiliyyətinə malik, kreativ və peşəkar Marketinq və İctimai Əlaqələr üzrə Menecer axtarır.
Vəzifənin məqsədi:
Brend dəyərinin artırılması, məhsul və xidmətlərin bazarda düzgün mövqeləndirilməsi, müsbət korporativ imicin formalaşdırılması və marketinq–ictimai əlaqələr fəaliyyətlərinin effektiv idarə olunması.
Əsas vəzifələr:
Marketinq və ictimai əlaqələr strategiyasının hazırlanması və icrası
Reklam və kommunikasiya kampaniyalarının idarə olunması
Sosial media və rəqəmsal platformalar üzrə kontent planının hazırlanması
Kütləvi informasiya vasitələri və tərəfdaşlarla əlaqələrin qurulması
Tədbir və təqdimatların təşkili
Bazar araşdırmalarının və rəqib analizlərinin aparılması
Büdcə planlaması və hesabatlılığın təmin edilməsi
Daxili kommunikasiya proseslərinin koordinasiyası
Tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
Strateji və analitik düşünmə bacarığı
Rəqəmsal marketinq alətləri üzrə biliklər
Güclü ünsiyyət və təqdimat bacarıqları
Kreativ yanaşma və təşəbbüskarlıq
CV-nizi mövzu hissəsində “Marketinq və İctimai Əlaqələr üzrə Menecer” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
TAİS İKF
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9483
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer