Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
SƏTƏM (HSE)

SƏTƏM və Keyfiyyətə Nəzarət üzrə Menecer

SƏTƏM və Keyfiyyətə Nəzarət üzrə Menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

Vəzifənin məqsədi

  • Şirkətin istehsal, əməliyyat və xidmət fəaliyyəti zamanı SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) üzrə norma və tələblərə, iş qaydalarına riayət olunmasını və keyfiyyətin qorunmasını təmin və nəzarət etmək, insanlara, məhsula, ətrafa, alət-avadanlıq və tikililərə mümkün təhdidləri nəzərə almaq və riskləri azaltmaq üçün müvafiq təkliflər vermək və digər bu kimi hesabat təqdim etmək. Şirkətdə emal, saxlama, satış və digər mərhələlərdə qida təhlükəsizliyinin təmin olunmasına tam nəzarət etmək.

Əsas vəzifə və funksiyalar

  • SƏTƏM üzrə beynəlxalq, respublikadaxili və şirkətdaxili standartların tətbiqi və monitorinqi

  • Keyfiyyət təminatı üçün müvafiq nəzarət sisteminin qurulması

  • Təhlükəsizlik və keyfiyyətlə bağlı təlimlərin təşkili və heyətin maarifləndirilməsi

  • Uyğunluq auditlərinin aparılması və nəticələrin rəhbərliyə təqdim olunması

  • Risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlər barədə təkliflər verilməsi

  • Görülmüş işlər üzrə hesabatların hazırlanması

Tələblər

Tələb olunan bilik və bacarıqlar

  • Ali, yaxşı olar ki, Qida Mühəndisi və ya Tibbi təhsilli

  • Bu sahədə 3 ildən çox iş təcrübəsi

  • SƏTƏM və Keyfiyyət standartları üzrə nəzəri və praktiki bilik

  • İş icrası zamanı müşahidə və monitorinq

  • Şirkətin müxtəlif iş sahələrində daxili audit aparmaq

  • Şirkətin obyektlərində sanitar-gigiyenik və təhlükəsizlik tələbləri üzrə təftiş aparmaq və hesabat hazırlamaq

  • İşin daha yaxşı, səmərəli, təhlükəsiz icrası üçün əsaslandırılmış hesabat hazırlamaq

  • Komanda idarəetmə və koordinasiya bacarığı

Arzuolunan sertifikatlar / əlavə üstünlüklər

  • ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və ya OHSAS 18001 üzrə sertifikatlar

  • HACCP təlimi üzrə sertifikat, Qida Təhlükəsizliyi üzrə xüsusi bilik və təcrübə

  • Keyfiyyət idarəetməsi və risk qiymətləndirməsi üzrə təlimlər

  • SƏTƏM sahəsində professional sertifikatlar

CV-nizi mövzu hissəsində SƏTƏM və Keyfiyyətə Nəzarət üzrə Menecer qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9755

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya