Vəzifə öhdəlikləri:
Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrası.
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət.
Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanması və icrasının təşkili.
Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrası və iş keyfiyyətinə nəzarət.
Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli.
Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası.
Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət.
Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi.
Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması.
Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili.