Satış Meneceri (B2B / B2C)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 23 mart 2026
Təsvir
Vəzifənin məqsədi
Şirkətin məhsul və xidmətlərinin B2B və B2C seqmentlərində effektiv satışını təmin etmək, satış strategiyalarının icrasında aktiv iştirak etmək, müştəri portfelini genişləndirmək və uzunmüddətli müştəri münasibətlərinin qurulmasına töhfə vermək.
Əsas vəzifə və funksiyalar
B2B və B2C satış fəaliyyətlərini planlaşdırmaq və icra etmək
Yeni müştərilərin cəlb edilməsi, ilkin danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
Mövcud müştəri portfelini idarə etmək və müştəri məmnuniyyətini təmin etmək
Müştəri sifarişlərini qəbul etmək, emal etmək və vaxtında icrasına nəzarət etmək
Satış müqavilələrini hazırlamaq, razılaşdırmaq və icrasını izləmək
Müqavilə şərtlərinə uyğun ödənişlərin takibini aparmaq və gecikmələrin qarşısını almaq
Bazarın və rəqiblərin təhlilini aparmaq, yeni satış imkanlarını müəyyən etmək
Satış planlarının icrasına nəzarət etmək və mütəmadi hesabatlar hazırlamaq
Satış hədəflərinə nail olmaq və performans göstəricilərini təmin etmək
Şirkətin marketing və reklam kampaniyalarında aktiv iştirak etmək
Tələblər
Tələb olunan bilik və bacarıqlar
Satış sahəsində minimum 3 il iş təcrübəsi (B2B və ya B2C)
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
Nəticəyönümlü və hədəf əsaslı işləmə qabiliyyəti
Müştəri münasibətlərinin idarə olunması bacarığı
Analitik düşünmə və hesabat hazırlama bacarığı
Üstünlük verilən keyfiyyətlər
CRM sistemləri ilə işləmə təcrübəsi
Aktiv satış texnikaları üzrə təlim və sertifikatlar
Korporativ və ya xidmət satış sahəsində təcrübə
CV-nizi mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
TAİS İKF
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9754
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer