Marketinq üzrə baş mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 16 may 2026

Təsvir

Şirkətimiz yaşayış və kommersiya əmlakları üzrə marketinq fəaliyyətlərini idarə edəcək Marketinq üzrə baş mütəxəssis axtarır. Namizəd satış və icarə layihələri üçün kampaniyaları planlayacaq və icrasını koordinasiya edəcək. Bazar analizləri apararaq nəticələrə əsaslanan qərarlar verəcək və marketinq nəticələrinə nəzarət edəcək.

  • Yaşayış və kommersiya əmlakları üzrə marketinq strategiyalarının hazırlanması və icrası;

  • Bazar, auditoriya və rəqib analizlərinin aparılması və nəticələrin tətbiqi;

  • Satış və icarə layihələri üzrə marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;

  • Rəqəmsal və ənənəvi kanallar üzrə kampaniyaların koordinasiyası və performans nəzarəti;

  • Tədbir, sərgi və təqdimatların təşkili və həyata keçirilməsi;

  • Komandanın idarə olunması, iş bölgüsü və KPI-ların tətbiqi;

  • Brendin və vizual kimliyin inkişafına nəzarət;

  • Daxili və xarici tərəfdaşlarla koordinasiyanın təmin edilməsi;

  • Marketinq nəticələrinin analizi və hesabatların hazırlanması;

  • Marketinq büdcəsinin planlaşdırılması və effektiv idarə olunması.

Tələblər

  • Marketinq, biznesin idarə edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil;

  • Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;

  • Rus və ingilis dili biliyi;

  • Komanda idarəçiliyi və layihələrin həyata keçirilməsi üzrə təcrübə;

  • Strateji marketinq, brend idarəçiliyi və kommunikasiya üzrə biliklər;

  • Rəqəmsal və ənənəvi marketinq alətləri üzrə təcrübə;

  • Güclü analitik düşüncə və nəticəyönümlülük;

  • MS Office və Google Workspace proqramlarında işləmək bacarığı;

  • Yüksək təşkilatçılıq və komanda ilə işləmək bacarığı;

  • Əmlak sahəsində təcrübə üstünlükdür.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14495

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Smeta Mühəndisi

Tam Ştat

Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi; Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi; Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması; Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması; Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması; İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması; İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi; Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi; Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması; Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi; Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi; Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi. Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması; Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili; Vahid qiymət analizləri; Aralıq ödənişlərinə nəzarət; Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi; Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi; Tikinti materialları və inventarına nəzarət; Layihə ilə bağlı proqresin sənədləşdirilməsi; Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi; BOQ qiymətləndirmə.