Rəqəmsal Marketinq üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Şirkətimiz rəqəmsal marketinq fəaliyyətlərinin planlaşdırılması və effektiv idarə olunmasını təmin edəcək Rəqəmsal Marketinq Mütəxəssisi axtarır. Namizəd rəqəmsal kanallar üzrə strategiyaların icrasını koordinasiya edəcək, kampaniyaların nəticələrini analiz edərək optimallaşdırılmasına dəstək olacaq. O, həmçinin rəqəmsal layihələrin inkişafına töhfə verəcək və biznes məqsədlərinə uyğun həllərin tətbiqində iştirak edəcək.
Rəqəmsal marketinq strategiyalarının (SMM, SEO, SEM, Email Marketing və s.) hazırlanması və icrasında iştirak;
Meta, Google, TikTok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının idarə olunması və optimallaşdırılması;
Kampaniyaların effektivliyinin artırılması üçün A/B testlər və avtomatlaşdırma alətlərindən istifadə;
Şirkətin veb saytları və sosial media hesablarının idarə olunmasına nəzarət;
GA4, Looker Studio və digər alətlər vasitəsilə analitik hesabatların hazırlanması və təkliflərin verilməsi;
Bazar və rəqib analizlərinin aparılması, yeni rəqəmsal həllərin təklif edilməsi;
Agentliklər və tərəfdaşlarla işin koordinasiyası, briflərin hazırlanması;
ERP/CRM sistemlərində məlumatların düzgün qeydiyyatının aparılması.
Tələblər
Marketinq, Biznesin idarə edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil;
Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
Meta Ads, Google Ads, TikTok Ads, SEO və Email Marketing üzrə dərin bilik və praktiki təcrübə;
Google Analytics 4 və Looker Studio ilə işləmə bacarığı;
Rəqəmsal layihələrin idarə olunması və büdcəyə nəzarət təcrübəsi;
İngilis dili üzrə yaxşı səviyyədə biliklər;
MS Office (xüsusilə Excel), Google Workspace və CRM sistemləri ilə işləmə bacarığı;
Güclü analitik düşüncə və nəticəyönümlülük;
Yüksək təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13247
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+