Ana Səhifə
Vakansiyalar

Smeta Mühəndisi

Smeta Mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;

  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;

  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;

  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;

  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;

  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;

  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;

  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;

  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;

  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;

  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;

  • Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.

  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;

  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;

  • Vahid qiymət analizləri;

  • Aralıq ödənişlərinə nəzarət;

  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;

  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;

  • Tikinti materialları və inventarına nəzarət;

  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;

  • Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi;

  • BOQ qiymətləndirmə.

Tələblər

  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;

  • Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə ali təhsil;

  • Eskiz və işçi layihəni oxuma bacarığı;

  • Kompüter biliyi: MS Word, MS Excel, MS Project, AutoCad,; / MS Excel yüksək səviyyədə tələb olunur.

  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;

  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;

  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Smeta Mühəndisi bilməlidir:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;

  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;

  • Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13248

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Binaların idarə edilməsi üzrə menecer

Tam Ştat

Şirkətimizin bina portfelinin təhlükəsiz və effektiv idarə edilməsini təmin edəcək təcrübəli və təşəbbüskar Binaların idarə edilməsi üzrə menecer axtarırıq. İdeal namizəd yüksək keyfiyyətli xidmət göstərilməsinə nəzarət edəcək, daxili komandanı idarə edəcək, üçüncü tərəf xidmət təminatçıları ilə işi əlaqələndirəcək və icarəçilər, sakinlər və digər maraqlı tərəflərlə güclü əməkdaşlıq quracaq. Əsas vəzifə öhdəlikləri: Təhlükəsiz və fasiləsiz xidmət təmin edilməsini həyata keçirərək təyin olunmuş binalarda gündəlik əməliyyatlara nəzarət etmək. Daxili komandanın fəaliyyətini rəhbərlik və koordinasiya etmək, müəyyən edilmiş SLA və KPI hədəflərinə uyğunluğu təmin etmək. Obyektlərin vəziyyətinə mütəmadi baxış keçirmək, problemləri müəyyənləşdirmək və vaxtında düzəldici tədbirləri həyata keçirmək. SƏTƏM tələblərinə, təhlükəsizlik prosedurlarına və şirkət siyasətlərinə tam riayət edilməsini təmin etmək. İcarəçilər/sakinlər tərəfindən daxil olan sorğulara, şikayətlərə və eskalasiyalara operativ və peşəkar şəkildə cavab vermək. Büdcə planlaşdırılması, resursların optimallaşdırılması və davamlı inkişaf təşəbbüslərində birbaşa rəhbərinə dəstək göstərmək. Texniki xidmət qrafikləri, insident hesabatları və digər əməliyyat sənədlərinin dəqiq və aktual qeydiyyatını aparmaq. Əməliyyat göstəricilərinə əsasən mütəmadi performans hesabatları hazırlamaq və təqdim etmək.