İnnovasiya və rəqəmsal transformasiya üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 30 may 2026
Təsvir
Gələcəyin əmlak ekosistemini bizimlə birlikdə qurun! Əməliyyat proseslərini rəqəmsal innovasiyalarla yenidən formalaşdıracaq, texnologiyanı biznesin hərəkətverici qüvvəsinə çevirəcək İnnovasiya və Rəqəmsal Transformasiya üzrə Aparıcı Mütəxəssis axtarışındayıq!
Mövcud əməliyyat proseslərinin diaqnostikası, innovasiya və rəqəmsallaşma potensialının müəyyən edilməsi;
Əmlak xidmətləri ekosisteminin inkişaf etdirilməsi üçün biznes proseslərin optimallaşdırılması;
Şirkətin strateji sütunlarına və inkişaf hədəflərinə uyğun olaraq rəqəmsal transformasiya və innovasiya layihələrinin planlaşdırılması, icrası və nəzarəti;
Yeni texnologiyaların (ERP, CRM avtomatlaşdırma alətləri, süni intellekt əsaslı həllər və s.) araşdırılması və tətbiqi prosesinin idarə edilməsi;
Dəyişikliklərin idarə edilməsi prosesinin dəstəklənməsi, yeni tətbiq edilən sistemlər üzrə əməkdaşlar üçün təlimlərin keçirilməsi;
Proseslərin avtomatlaşdırılması nəticəsində əldə olunan səmərəliliyin ölçülməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Kənar vendorlar, proqram təminatı tərtibatçıları və daxili steykholderlər ilə sıx əməkdaşlıq çərçivəsində texniki tapşırıqların (TOR) hazırlanması.
Tələblər
Biznesin idarə edilməsi, texnologiya və ya əlaqədar sahələr üzrə ali təhsil;
Rəqəmsal layihələrin idarə edilməsi, məhsul sahibi olaraq və ya innovasiya sahəsində ən azı 3 illik iş təcrübəsi;
Layihə idarəetmə metodologiyaları üzrə biliklər;
Məlumat bazaları və analitika alətləri ilə işləmə bacarığı;
Yüksək səviyyədə ingilis dili ;
Analitik və strateji düşünmə qabiliyyəti, güclü kommunikasiya və təqdimat bacarığı, problemlərin innovativ həlli yanaşması.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14494
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+