Marketing Project Manager

Bakı

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 20 may 2026

Təsvir

Sizdən nə gözləyirik?

  • Bütün proseslərin aparıcı mütəxəssisi - şirkət xarici və daxili əlaqələr, layihələrin yönləndiricisi, stakeholderlərlə əlaqə, outsource işçilərimiz ilə də kommunikasiya (tik tokerlər, influencerlər, creative komandalar, digital dəstək).

Əsas öhdəliklər:

  • Marketinq və kontent komandasının layihələrini brifdən təslimə qədər aparmaq.

  • Kreativ komanda üçün marketinq tələblərinə əsasən brif hazırlamaq, kreativi qiymətləndirmək.

  • Layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək.

  • Layihələr üzrə irəliləyişləri izləmək, hesabat hazırlamaq və nəticələri təqdim etmək.

  • Qrupların start tarixləri ilə reklam kampaniyalarının uyğunlaşdırılması.

  • Birbaşa rəhbərin ötürdüyü strateji layihələri operativ səviyyədə icra etmək.

  • Creative, PR, KİV-media kimi sahələrdə təşəbbüskar olub təkliflər vermək.

Namizədə dair tələblər:

  • Marketinq və layihə idarəetməsində 4–5 il təcrübə, üstünlük: B2C məhsul (EdTech, fintech, e-commerce, sığorta, telco) və ya güclü marketing agentliyi.

  • Layihələri brifdən nəticəyə qədər müstəqil aparma təcrübəsi: deadline, büdcə, komanda koordinasiyası.

  • Data ilə rahat işləmə: dashboard-ları oxumaq, Excel/Google Sheets, rəqəmlərə düzgün suallar verə bilmək.

  • Kreativ komandanı koordinasiya etmək və kreativi konkret meyarlarla qiymətləndirmək bacarığı.

  • Performance marketing barədə əsas anlayış: CPL, CPM, CTR, CR, ROAS — bunların nə olduğunu və bir-birinə necə bağlandığını başa düşmək. Kampaniya qurmaq tələb olunmur, amma podratçının hesabatını oxuya bilmək — bəli.

  • Satış funnelinin məntiqini başa düşmək: reklam → lead → satış mərhələlərində nəyin haraya təsir etdiyini görmək.

  • Əsas keyfiyyətlər: dataya əsaslanan düşüncə, sürət, müstəqillik, problem həlletmə vərdişi, öyrənmə həvəsi. Yüksək dinamikada və dəyişən prioritetlər mühitində işləmək bacarığı. Sosial, aktiv, yumşaq bacarıqları, xüsusilə kommunikasiya bacarıqları.

  • Azərbaycan dili — sərbəst. Rus və/və ya İngilis — texniki resurslar üçün vacibdir.

Biz nə təklif edirik?

  • Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.

  • Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.

  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi.

  • Aydın karyera yolu: 2–3 il ərzində Rəhbər pozisiyasına hazırlıq və keçid imkanı.

Müraciət qaydası:

  • Maraqlanan namizədlər CV-ni və 1–2 idarə etdiyi layihənin qısa təsvirini (sənin konkret rolun, hansı rəqəmlərə təsir etdin, nəticə) →  "Marketing PM | Ad Soyad " qeyd etməklə qeyd olunan elektron poçtünvanına göndərmələri xahiş olunur.

Qeyd: Uyğun namizədlərlə  7 iş günü ərzində əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Baku Design Academy

Baku Design Academy

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16059

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Senior Satış Mütəxəssisi

Tam Ştat

Sizdən nə gözləyirik? Biz sadəcə "satıcı" axtarmırıq. Bizə müştərini anlayıb, ona doğru həlli təqdim edə bilənvə satışınəticəyə çatdıran peşəkar lazımdır. Əgər siz: Müştərinin əsl ehtiyacını 5 dəqiqədə tapa bilirsinizsə, Etirazları ilk 30 saniyədə dəyərlə əvəzləyə bilirsinizsə, Satışın texnologiya olduğunu bilib, öz nəticələrinizi rəqəmlərlə ölçməyi sevirsinizsə, — bu rol sizin üçündür. Əsas öhdəliklər: Lid emalı: Sosial şəbəkələr, zənglər və yazışmalar üzrə daxil olan müştərilərlə çalışmaq,onları konsultasiyaya və müqaviləyə gətirmək. Konsultasiya aparmaq: müştərinin karyera məqsədlərini anlamaq, ona uyğun kursu-peşəni seçməsində kömək etmək. Satış bağlamaq (Closing) müqavilə imzalanması, ödəniş qaydalarının razılaşdırılması. Mütamadi Follow-up: "Düşünür", "Geri dönüş edəcək" statusundakı müştərilərlə sistemli işləmək. CRM-də dəqiq qeydlər aparmaq: hər bir müştəri ilə ünsiyyət, növbəti addımlar, nəticələr CRM-də qeyd olunmalıdır. Komanda ilə bilik paylaşmaq: yaxşı işləmiş skriptlər, yeni etirazlar, müştəri tipləri haqqında müşahidələrinizi komanda ilə bölüşmək. Namizədə dair tələblər: Mütləq: Satışda ən azı 2 il təcrübə (təhsil, xidmət, sığorta, bank və ya uzun satış dövrü olan sahələrdə). Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi). CRM sistemləri ilə işləmə təcrübəsi. Rəqəmlərlə düşünmək: öz konversiyanızı, orta çekinizi, satışdan satışa dövrünü biliyiniz. Etirazlarla işləmə bacarığı. Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək. Üstünlük olaraq: Təhsil, kurs, treninq satışı təcrübəsi. Rus və ya İngilis dili. ​​​​​​​Biz nə təklif edirik? Şəhərin mərkəzində müasir ofis və kreativ mühit. Rəqabətli əmək haqqı: Fiks + performansa bağlı bonus sistemi. Şəffaf KPI: nəyə görə nə qədər qazanacağınızı ilk gündən bilirsiniz. Sistemli iş prosesi və peşəkar inkişaf imkanı. İnkişaf perspektivi: yüksək nəticə göstərən mütəxəssislər üçün daha böyük rollara keçid imkanı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Senior Satış Mütəxəssisi - Ad Soyadınız" qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.