Kiçik hüquqşünas/hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 25 yanvar 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;
Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanması;
Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Microsoft Office proqramlarında işləmək bacarığı;
İşində dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Kommunikasiya.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (müvafiq sahə üzrə)
Pərakəndə satış sektorunda təcrübə arzuolunandır;
İngilis və rus dili bilikləri üstünlükdür;
Məhkəmə və icra orqanlarında eləcə də korporativ hüquq sahəsində minimum 1 (bir) il hüquq təcrübəsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına nahar;
Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik hüquqşünas/hüquqşünas yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Tam Store
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3821
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə