İT (Helpdesk)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 24 yanvar 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • İstifadəçilərin texniki dəstəyi, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması;

  • Ofis avadanlığının quraşdırılması və konfiqurasiyası və bununla əlaqəli problemlərin aradan qaldırılması;

  • Əməliyyat sistemlərinin yazılması;

  • Şirkətə məxsus kompüter və printer avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək;

  • Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması (Windows XP/Vista/7/8/8.1/10/11);

  • “Hardware” və “Software” sistemlərini quraşdırmaq;

  • E-poçtun quraşdırılması və konfiqurasiyası;

  • Switch, AP və Router şəbəkə avadanlıqlarının quraşdırılması və göstərişə uyğun olaraq təyin olunmuş məntəqəyə yerləşdirilməsi;

  • LAN, WAN, WiFi şəbəkələrinin işini dəstək səviyyəsində təmin etmək;

  • Kabelləri sonlandırmaq (rj45, patch-panel və data yuvasına);

  • Program təminatında texniki probemləri aradan qaldırmaq;

  • Biometrik sistemlərin qoşulmasını haqq;nda biliklər;

  • Şəbəkə printerlərinin quraşdırılması və idarə edilməsi.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Fundamental Windows Server ƏS bilikləri (Active Directory, File Server, GPO);

  • Fundamental şəbəkə bilikləri (DHCP, DNS, NAT, VPN);

  • Fundamental İp telefoniya sistemi haqqında biliklər, fiziki quraşdırmalar;

  • İP telefonların və İP kameraların iş prinsipi;

  • DVR və NVR sistemləri haqqında biliklər (HİKVİSİON);

  • Komanda şəklində işləmə bacarığı, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;

  • Məxfilik qaydalarına riayət etmək.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil(müvafiq sahə üzrə)

  • Təcrübə 1-3 il.

  • Azərbaycan dili (sərbəst), rus və ingilis dilləri (texniki səviyyədə);

  • Retail sahəsində iş təcrübəsi üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına nahar;

  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə **“İT (Helpdesk)”**yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3819

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kateqoriya şöbə rəhbəri (Qeyri-qida üzrə)

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: Kateqoriya və alt kateqoriya strategiyalarının yaradılması və yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü bir yanaşma ilə, trendlərə və müştəri gözləntilərinə uyğun olaraq məhsul çeşidinə qərar vermək; Müqavilə, sifariş, tələb rabitəsi və həcmi, çatdırılma müddətinin dəyişdirilməsi, sifarişlərin və fəaliyyətlərin yerinə yetirilməsi üçün əsas təchizatçılarla illik, aylıq və gündəlik işgüzar əlaqələrə rəhbərlik etmək; Yeni təchizatçıları, məhsulları və rəqib tendensiyalarını təhlil etmək üçün müntəzəm olaraq bazar araşdırması aparmaq; Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlamaq və lazımı tədbirlər görmək; Azərbaycan mətbəxini, evdə istehlakı araşdırmaq və daha yaxşı keyfiyyət standartlarını təbliğ etmək üçün aparıcı layihələr tətbiq etmək; Kateqoriya və mağazalar arasında əlaqəni təmin etmək; Kateqoriya hədəflərinə çatmaq üçün satış departamenti, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq etmək; Şirkət gəlirlilik hədəfinə çatmaq üçün müvafiq kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun tədbirlər görmək; İllik alış və satış hədəfini müvafiq kateqoriyalar üzrə təchizatçılarla planlaşdırmaq və şirkətin satış hədəfinə çata bilməsini təmin etmək.