Ana Səhifə
Vakansiyalar

Kateqoriya şöbə rəhbəri (Qeyri-qida üzrə)

Kateqoriya şöbə rəhbəri (Qeyri-qida üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 26 yanvar 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Kateqoriya və alt kateqoriya strategiyalarının yaradılması və yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü bir yanaşma ilə, trendlərə və müştəri gözləntilərinə uyğun olaraq məhsul çeşidinə qərar vermək;

  • Müqavilə, sifariş, tələb rabitəsi və həcmi, çatdırılma müddətinin dəyişdirilməsi, sifarişlərin və fəaliyyətlərin yerinə yetirilməsi üçün əsas təchizatçılarla illik, aylıq və gündəlik işgüzar əlaqələrə rəhbərlik etmək;

  • Yeni təchizatçıları, məhsulları və rəqib tendensiyalarını təhlil etmək üçün müntəzəm olaraq bazar araşdırması aparmaq;

  • Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlamaq və lazımı tədbirlər görmək;

  • Azərbaycan mətbəxini, evdə istehlakı araşdırmaq və daha yaxşı keyfiyyət standartlarını təbliğ etmək üçün aparıcı layihələr tətbiq etmək;

  • Kateqoriya və mağazalar arasında əlaqəni təmin etmək;

  • Kateqoriya hədəflərinə çatmaq üçün satış departamenti, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq etmək;

  • Şirkət gəlirlilik hədəfinə çatmaq üçün müvafiq kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun tədbirlər görmək;

  • İllik alış və satış hədəfini müvafiq kateqoriyalar üzrə təchizatçılarla planlaşdırmaq və şirkətin satış hədəfinə çata bilməsini təmin etmək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Risk idarəçiliyi və operativ qərar qəbul etmə bacarığı;

  • Qeyri-qida məhsulları üzrə kateqoriya idarəetməsi sahəsində praktiki biliklər;

  • Qiymət siyasətinin qurulması, marja, rentabellik və satış analizi bacarığı;

  • Təchizatçılarla danışıqlar aparmaq, müqavilə şərtlərinin razılaşdırılması təcrübəsi;

  • Satış, stok dövriyyəsi, itkilər və kampaniyalar üzrə analitik düşünmə bacarığı;

  • Satış hesabatları, KPI-lar və performans göstəriciləri ilə işləmək bacarığı;

  • Komanda idarəetməsi və liderlik bacarıqları;

  • Bazar trendlərini izləmək və strateji qərarlar vermək bacarığı;

  • Güclü ünsiyyət, planlama və vaxtın idarə olunması bacarığı;

  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Müvafiq sahə üzrə);

  • Retail sahəsində iş təcrübəsi;

  • Qeyri-qida sahəsində minimum 4 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına nahar;

  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kateqoriya Şöbə Rəhbəri (Qeyri-qida)” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3820

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Biznes Proseslərin İdarəedilməsi üzrə mütəxəssis

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: Mövcud (as-is)  və gələcək (to-be) proses vəziyyətlərini vizuallaşdırmaq üçün modelləmə (BPMN 2.0) metodologiya və alətlərindən istifadə edərək biznes prosesi modelləri yaratmaq, məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədləri hazırlamaq; Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək; Biznes prosesləri tənzimləyən prosedur və digər daxili normativ sənədlərin hazırlanması və yenilənməsi; Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi; Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması; Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması; Yeni proseslərin / layihələrin yaradılmasında metodoloji dəstək Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq; Birbaşa rəhbərdən gələn bu və ya digər tapşırıqların yerinə yetirilməsi;