Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Maliyyə analizi/investisiya

Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis

Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

Talep No: 31407

**Müəssisə:**AZ SƏNAYE BANKI ASC

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Ali təhsil (Hüquqi, İqtisadi, Beynəlxalq Əlaqələr və ya Texniki)

  • Əlaqədar sahə üzrə 2 il iş təcrübəsi

  • Azərbaycan, ingilis və rus dilləri (digər dil biliklərinin olması üstünlük təşkil edir);

  • Microsoft Office proqramları, ABS (avtomatlaşdırılmış bank sistemi), SWIFT;

  • Tələb olunan xarici dillərdə qaydaları anlamaq qabiliyyəti, bilgiləri inkişaf etmək, işgüzar yazışma aparmaq qabiliyyəti, analitik düşünmə, işə həvəsli, diqqətli olmaq, iyi niyyətli, mədəni, etibarlı olmaq, işini sərbəst və düşünülmüş qaydada aparmaq, işi komanda şəklində təşkil etmək qabiliyyəti, diplomatik olmaq.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq Ticarət Palatalarının sənədli əməliyyatlar üzrə qayda va standartlarını izləmək və öyrənmək;

  • Xarici və yerli İdxal və İxrac akkreditiv və qarantiyalar əməliyyatlarını icra etmək (açılma, avizolama, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması, mətni analiz etmək, ödəniş sənədlərinin, tələbin hazırlanmasında müştəriyə dəstək, sorğu göndərmək, sorğuları cavablandırmaq, digər əməliyyatlar), əməliyyatları analiz etmək, bankdaxili yetkilərə əsasən SWIFT-də əməliyyatları yığmaq (creation, modification);

  • İdxal/ixrac layihələrində müqavilə tərtib olunma zamanı sənədli əməliyyatların strukturasını müəyyən etməkdə müştərilərə dəstək vermək, digər banklarla əməliyyatın keçirilməsini razılaşdırmaq;

  • Sənədli əməliyyatlar üzrə hesabatları hazırlamaq;

  • Mövcud və yeni rezident və qeyri-rezident banklarla, beynəlxalq maliyyə instituları ilə əməkdaşlıqla əlaqədar danışıqlar aparılması, xidmət və məhsullarından faydalanması üçün qarşı tərəflə əlaqələri davam etdirməsi və işləri aidiyyatına görə əlaqədar strukturlara ötürməsi;

  • Nostro müxbir hesablar üzrə tələb olunan sənədləri vaxtında təqdim etmək, bunun üçün sənədləri aidiyyatı struktur bölmələrindən yığmaq, müqavilə layihələrini və tarif dərəcələrini analiz etmək;

  • Müxbir əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə digər maliyyə qurumlarını araşdırmaq, araşdırma nəticələrinə əsaslanaraq təkliflər irəli sürmək;

  • Loro müxbir hesabların açılması, aparılması və bağlanılması üzrə tapşırılan işləri icra etmək;

  • Müxbir hesablar üzrə audit sorğuları göndərmək və cavablandırmaq;

  • Müxbir münasibətlər üçün lazımı sənədləri müəyyən tanınmış məlumat resurslarında nəşr açıqlaması üçün onlarla sənədləşmə işinin aparmaq (SWIFT KYC, LexisNexis Bankers Almanac və s.) məlumatları vaxtında təmin etmək;

Biz nə təklif edirik?

  • İş yeri: Dreamland Baku

  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00

  • Nahar: Şirkət tərəfindən təmin olunur

  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli

Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz və ya qeyd olunan linkə daxil olub hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi üzrə Mütəxəssis – 31407” qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azersun Holding

Azersun Holding

Other

Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12368

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Növbə mühəndisi Kürdəmir

Tam Ştat

Müəssisə: Şamaxı Dairy Farm MMC “Azersun Holding” haqqında Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır. Vəzifə öhdəlikləri: İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir. Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir. İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır. İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir. Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqənin təmin edilməsini təmin edir. Xammal və digər istehsalat materiallarının vaxtında təchiz edilməsini təşkil edir və resurs israfını qarşısını alır. İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır. İşçi qüvvəsinin təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etməsini təmin edir, əmək mühafizəsi tədbirlərini həyata keçirir. İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir. .