Planlama və Logistika üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
Talep No: 25890
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər
Ali təhsil;
Sahə üzrə ən az 1 il təcrübə;
MS Office proqramlarının mükəmməl biliyi;
İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
Komanda ilə işləmək və ünsiyyət bacarığı;
Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
Nəqliyyatın planlaşdırılması və sifariş, idxal və ixrac əməliyyatlarına nəzarət etmək;
Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi;
Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
Çatdırılmada səhvlərin və ya gecikmələrin nümunələrini müəyyən etmək üçün daşınmaların qeydlərini aparmaq;
Nəqliyyat şirkətləri və ya dəmir yolları kimi daşıyıcılarla koordinasiya edərək məhsulların vaxtında çatdırılmasını təmin etmək;
Məkandan səmərəli istifadəni təmin etmək üçün əsas və ya digər anbarların istifadəsinin əlaqələndirməsini təmin etmək;
Fabrikin istehsalına sərf olunan xammal, köməkçi materiallar, işlətmə və qablaşdırma mallarının ehtiyat stoklarını və bu stok miqdarına görə ehtiyac miqdarlarını müəyyən etmək, bütün bunları əks etdirən Stok Vəziyyət Hesabatını rəhbərinə təqdim etmək və Mərkəz Planlamaya yazılı şəkildə göndərmək;
Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirmək,
Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında etmək,
Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığmaq və təhlil etmək,
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Qubadlı rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya Müraciət etdüyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama və logistika üzrə mütəxəssis Qubadlı” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11860
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+