Ana Səhifə
Vakansiyalar

Toxum mütəxəssisi

Toxum mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 mart 2026

Son Tarix: 19 aprel 2026

Təsvir

Müəssisə: AZƏRSUN KƏND TƏS. MƏH MMC

Tələblər

  • Ali təhsil;

  • Sahə üzrə ən az 3 il təcrübə;

  • MS Office proqramlarının mükəmməl biliyi;

  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;

  • Komanda ilə işləmək və ünsiyyət bacarığı;

  • Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;

  • Toxum çeşidləri haqqında məlumatlı olmaq;

  • Torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;

  • Əkin bitkiləri miqdarını və növlərini hazırlamaq;

  • Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;

  • Toxumun dözümlülük, qidalanma dəyəri və keyfiyyət kimi xüsusiyyətlərini inkişaf etdirmək və nəticələri barəsində hesabatlar hazırlamaq.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan: Biləsuvar rayonu

Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Toxum mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azersun Holding

Azersun Holding

Other

Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11861

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Növbə mühəndisi Kürdəmir

Tam Ştat

Müəssisə: Şamaxı Dairy Farm MMC “Azersun Holding” haqqında Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır. Vəzifə öhdəlikləri: İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir. Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir. İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır. İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir. Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqənin təmin edilməsini təmin edir. Xammal və digər istehsalat materiallarının vaxtında təchiz edilməsini təşkil edir və resurs israfını qarşısını alır. İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır. İşçi qüvvəsinin təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etməsini təmin edir, əmək mühafizəsi tədbirlərini həyata keçirir. İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir. .

Aqronom (Kürdəmir, Biləsuvar)

Tam Ştat

Talep No:  22496 Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC Namizədə aid tələblər: Ali təhsil (Müvafiq sahə üzrə); Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi; Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı; Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli; İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı; İş haqqında məlumat: Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək; Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq; Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq; Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək; Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir; Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir; Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq; Görülən işlərlə bağlı hesabatlar təqdim etməli. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Kürdəmir rayonu, Biləsuvar rayonu. Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir, Biləsuvar )” qeyd etməyiniz xahiş olunur.