Növbə mühəndisi Kürdəmir
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
Müəssisə: Şamaxı Dairy Farm MMC
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
İstehsal proseslərinin fasiləsiz və səmərəli şəkildə idarə olunmasını təmin edir. Növbə planlamasını həyata keçirir və işçi qüvvəsinin effektiv şəkildə paylanmasını təşkil edir.
Avadanlıqlarının və maşınlarının düzgün işləməsini izləyir, texniki xidmətin göstərilməsini təmin edir.
İstehsalın keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi nəzarət aparır.
İstehsalat proseslərində yaranan problemləri müəyyən edir və operativ şəkildə həll edir.
Növbə keçidlərində işçilərin düzgün istiqamətləndirilməsi və növbələr arası əlaqənin təmin edilməsini təmin edir.
Xammal və digər istehsalat materiallarının vaxtında təchiz edilməsini təşkil edir və resurs israfını qarşısını alır.
İstehsalat prosesləri ilə bağlı statistik məlumatları toplayır, təhlil edir və müvafiq hesabatlar hazırlayır.
İşçi qüvvəsinin təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etməsini təmin edir, əmək mühafizəsi tədbirlərini həyata keçirir.
İstehsalın məhsuldarlığını artırmaq və prosesin optimallaşdırılması üçün təkliflər hazırlayır və tətbiq edir. .
Tələblər
Ali təhsil (magistr dərəcəsi üstünlükdür).
Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi.
Əmək təhlükəsizliyi və istehsalat qaydaları üzrə biliklər.
Komanda ilə işləmək və işçiləri idarə etmək bacarığı.
Növbəli iş qrafikində işləmək bacarığı.
Güclü analitik düşüncə, yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, MS Office sistemində işləmə bacarığı.
Biz nə təklif edirik:
İş yeri: Kürdənmir rayonu,
İş qrafiki: Bazar ertəsi–Şənbə, Növbəli.
Nahar: Şirkət tərəfindən təmin olunur.
**Servis xidməti:**Şirkət tərəfindən təmin olunur.
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi Kürdəmir” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11859
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+