Aparıcı mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC/ Bakı ofisi
Vəzifə və Öhdəlikləri:
Kreditor və debitor hesablaşmalarının izlənilməsi, öhdəliklərin vaxtında icrasına maliyyə nəzarəti;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması və balansdan çıxarılması üzrə maliyyə uçotunun aparılması;
Mallar və materialların hərəkətinə dair maliyyə uçotunun aparılması, silinmələrin düzgün rəsmiləşdirilməsi;
Mal-material ehtiyatlarının və əsas vəsaitlərin maliyyə uçotunda vaxtında əks olunmasının təmin edilməsi;
İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin maliyyə hesabatlarına düzgün inteqrasiyası;
Gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əsas vəsaitlər və ehtiyatlar üzrə inventarizasiya prosesində iştirak, uçot və faktiki göstəricilər arasında fərqlərin maliyyə təhlili;
Aylıq mal-material silgisinə nəzarət, sənədlərin yoxlanılması və hesabatlarda düzgün əks etdirilməsi;
Bank əməliyyatlarının icrası və maliyyə dövriyyəsinə uyğun uçotunun aparılması;
Statistika və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi
Namizəd üçün tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
Excel-də mükəmməl işləmə bacarığı; Sap biliyi üstünküdür
ACCA F2, F3 arzuolunandır;
İngilis dili üstünlükdür, rus dili arzuolunandır
Xüsusi bacarıqlar:
Dəqiqlik və detallara diqqət yetirə bilmə bacarığı;
Müstəqil və komandada işləmək bacarığı;
Düzgün analiz bacarığı;
Analitik və tənqidi düşüncə;
İş şəraiti:
İş qrafiki: 5/7; 09:00-18:00;
Iş yeri: Bakı şəhəri
Könüllü tibbi sığorta;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Aparıcı mühasib” yazıb qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
AzerFloat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14823
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə