NÖC və Avtomatika üzrə mütəxəssis
Vəzifə və Öhdəlikləri:
SCADA sistemləri ilə idarə olunan fasiləsiz istehsalat proseslərinin avtomatik idarəetməsinin monitorinqi və yaranan nasazlıqların analitik üsullarla operativ şəkildə aradan qaldırılması.
PLC və sensor-aktuator arasında siqnal əlaqələrinin, rabitə xətlərinin və birləşmə bütövlüyünün yoxlanılması və saxlanılması.
Bütün ölçü və nəzarət cihazlarının (təzyiq, temperatur, axın, səviyyə ötürücüləri, aktuatorlar və s.) zavod standartlarına uyğun olaraq planlı kalibrasiyasının və yoxlanışının aparılması.
Nasaz sensorların və aktuatorların diaqnostikası, yeniləri ilə əvəz edilməsi və istismara verilməsi.
Elektrik sxemlərinin, P&ID-lərin, dövrə diaqramlarının və avtomatika idarəetmə sxemlərinin oxuyaraq anlaması.
Təsdiq olunmuş texniki xidmət qrafikinə uyğun olaraq zavodun müxtəlif bölmələrində avtomatika avadanlıqlarına profilaktik texniki xidmətin və gündəlik yoxlama baxışlarının həyata keçirilməsi.
Növbə ərzində yaranan bütün cihazlar və avtomatika ilə bağlı problemlərə vaxtında müdaxilə edilməsi, plansız dayanmaların qarşısının alınması.