NÖC və Avtomatika üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
Vəzifə və Öhdəlikləri:
SCADA sistemləri ilə idarə olunan fasiləsiz istehsalat proseslərinin avtomatik idarəetməsinin monitorinqi və yaranan nasazlıqların analitik üsullarla operativ şəkildə aradan qaldırılması.
PLC və sensor-aktuator arasında siqnal əlaqələrinin, rabitə xətlərinin və birləşmə bütövlüyünün yoxlanılması və saxlanılması.
Bütün ölçü və nəzarət cihazlarının (təzyiq, temperatur, axın, səviyyə ötürücüləri, aktuatorlar və s.) zavod standartlarına uyğun olaraq planlı kalibrasiyasının və yoxlanışının aparılması.
Nasaz sensorların və aktuatorların diaqnostikası, yeniləri ilə əvəz edilməsi və istismara verilməsi.
Elektrik sxemlərinin, P&ID-lərin, dövrə diaqramlarının və avtomatika idarəetmə sxemlərinin oxuyaraq anlaması.
Təsdiq olunmuş texniki xidmət qrafikinə uyğun olaraq zavodun müxtəlif bölmələrində avtomatika avadanlıqlarına profilaktik texniki xidmətin və gündəlik yoxlama baxışlarının həyata keçirilməsi.
Növbə ərzində yaranan bütün cihazlar və avtomatika ilə bağlı problemlərə vaxtında müdaxilə edilməsi, plansız dayanmaların qarşısının alınması.
Tələblər
:
Sahə üzrə ali təhsil,
MS office proqramı üzrə biliklər
Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
MS Office;
Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
Komandanı idarə etmək bacarığı;
Effektiv ünsiyyət qurmaq bacarığı;
Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
Operativ qərarvermə və məsuliyyətlilik;
Problemləri həll etmə bacarığı;
Analitik və tənqidi düşünmə bacarığı;
Detallara diqqət yetirə bilmək bacarığı;
İş şəraiti:
İş yeri: Sumqayıt şəhəri;
İş qrafiki: növbəli;
Sumqayıt və 20 Yanvar dairəsindən servis;
Könüllü Tibbi sığorta;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;
Mövzü yerinə “NÖC və Avtomatika üzrə mütəxəssis” yazıb qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
AzerFloat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11599
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə