Ana Səhifə
Vakansiyalar

İsti xətt üzrə növbə mühəndisi

İsti xətt üzrə növbə mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

"AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;

  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;

  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:

  • İsti xətt istehsal sahəsində xammalın  qəbulunun texnoloji spesifikasiyalara uyğunluğuna nəzarət etmək;

  • Xammalın tərkibi, nisbətləri və dozalanmasının təsdiqlənmiş reseptura və istehsal planına uyğun icrasını təmin etmək;

  • Şıxta tərtibi prosesində istifadə olunan avadanlıqların  düzgün və təhlükəsiz istismarına nəzarət etmək;

  • Əritmə sobasında temperatur, təzyiq, yanma rejimi və enerji sərfiyyatının texnoloji limitlər çərçivəsində saxlanılmasını təmin etmək;

  • Əritmə prosesində şüşə kütləsinin homogenliyinin təmin edilməsi və texnoloji kənarlaşmaların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər görmək;

  • Qalay vannasında şüşə lentinin formalaşma prosesinə, qalınlıq stabilliyinə, səth keyfiyyətinə və temperatur rejiminə nəzarət etmək;

  • Soyutma (lehr) zonasında temperatur profillərinin düzgünlüyünü, soyutma rejimlərinin texnoloji tələblərə uyğunluğunu izləmək;

  • İsti xətt üzrə bütün əsas texnoloji parametrlərin (temperatur, sürət, qalınlıq, axın və s.) növbə ərzində davamlı monitorinqini aparmaq;

  • Texnoloji göstəricilərdə baş verən kənarlaşmalar zamanı operativ qərarlar qəbul etmək və istehsal risklərinin qarşısını almaq;

  • Avadanlıqlarda baş verən nasazlıqların ilkin diaqnostikasını aparmaq, texniki xidmət və təmir bölməsi ilə koordinasiyalı işləmək;

  • İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;

  • Növbə heyətinin (operatorlar, briqadirlər və s.) işinin təşkili, tapşırıqların düzgün və vaxtında icrasını təmin etmək;

  • Növbə ərzində istehsal həcmi, keyfiyyət göstəriciləri, kənarlaşmalar, qəza halları və görülmüş tədbirlər üzrə ətraflı növbə hesabatlarının hazırlanması və təhvil verilməsi;

  • Növbələrarası məlumat ötürülməsinin düzgün və tam aparılmasını təmin etmək;

  • Keyfiyyətə nəzarət, istehsal planlama və texniki xidmət şöbələri ilə daimi əməkdaşlıq etmək;

  • İstehsalın səmərəliliyinin artırılması və itkilərin azaldılması üzrə təkliflər vermək.

Tələblər

  • Ali təhsil, Texniki sahə üzrə ali təhsil (mexanika, metallurgiya, kimya, energetika və ya oxşar sahələr)

  • MS office proqramı üzrə biliklər

  • Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;

  • İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;

  • MS Office;

  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);

  • İstehsalat mühitində, xüsusilə isti proseslər üzrə iş təcrübəsi arzuolunandır;

  • Texnoloji prosesləri oxuma və analiz etmə bacarığı;

Xüsusi bacarıqlar:

  • Komandanı idarə etmək bacarığı;

  • Effektiv ünsiyyət qurmaq bacarığı;

  • Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;

  • Operativ qərarvermə və məsuliyyətlilik;

  • Problemləri həll etmə bacarığı;

  • Analitik və tənqidi düşünmə bacarığı;

  • Detallara diqqət yetirə bilmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri;

  • İş qrafiki: növbəli;

  • Sumqayıt və 20 Yanvar dairəsindən servis;

  • Könüllü Tibbi sığorta;

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;

Mövzü yerinə “İsti xətt üzrə növbə mühəndisi” yazıb göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14825

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Soyutma sistemləri üzrə operator

Tam Ştat

Azerfloat komandası olaraq biz sizə vəd edirik: Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi; Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı; Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı; Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı; Vəzifə və Öhdəlikləri: Su soyutma sistemlərinin (soyutma qüllələri, nasoslar, kollektorlar, boru xətləri) normal rejimdə istismarına nəzarət etmək. Dövriyyə suyun temperaturu, təzyiqi, səviyyəsi və sərfiyyatına nəzarət aparmaq. Nasos aqreqatlarının, elektrik mühərriklərinin və mexaniki hissələrin iş rejimini izləmək. Ölçü cihazlarından və sahə avadanlıqlarından daxil olan siqnalları izləmək və təhlil etmək. Alarm və qəza siqnalları zamanı ilkin tədbirləri görmək və məsul şəxslərə məlumat vermək. Su sızmaları, vibrasiya, qeyri-normal səs və temperatur artımı kimi hallar üzrə operativ reaksiya vermək. Müəyyən edilmiş qrafik üzrə texniki baxış və texniki qulluq işlərinin icrasını təşkil etmək. Avadanlıqların iş rejimi ilə bağlı növbə jurnallarını və əməliyyat qeydlərini aparmaq. Təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tələblərinə ciddi əməl etmək.

İstehsalat operatoru (şüşə istehsalı)

Tam Ştat

"AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur. Azerfloat komandası olaraq biz sizə vəd edirik: Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi; Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı; Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı; Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı; Vəzifə öhdəlikləri: Isti xətt üzrə: Şüşə əritmə sobasında mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək, müşahidə nəticələrinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatların dövri qeydiyyatını aparmaq Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək Əritmə vannası sexində gedən proseslər üzrə müşahidələr və qeydlər aparmaq Əritmə vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində vizual baxışlar keçirmək İstehsalat xəttində aşkar edilən defektli şüşələrin mövcud olma səbəbini araşdırmaq Soyuq xətt üzrə: Şüşə lentinin ölçülərə uyğun olaraq avtomatik kəsilməsini təmin etmək Kəsim parametrlərini (ölçü, sürət, təzyiq və s.) avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq Kəsilmiş şüşələrin keyfiyyətinə (çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s.) vizual nəzarət aparmaq Xətdə baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək Kəsim sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi riayət etmək

Aparıcı mühasib

Tam Ştat

Azerfloat komandası olaraq biz sizə vəd edirik: Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi; Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı; Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı; Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı; İş yeri: Azerfloat QSC/ Bakı ofisi Vəzifə və Öhdəlikləri: Kreditor və debitor hesablaşmalarının izlənilməsi, öhdəliklərin vaxtında icrasına maliyyə nəzarəti; Əsas vəsaitlərin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması və balansdan çıxarılması üzrə maliyyə uçotunun aparılması; Mallar və materialların hərəkətinə dair maliyyə uçotunun aparılması, silinmələrin düzgün rəsmiləşdirilməsi; Mal-material ehtiyatlarının və əsas vəsaitlərin maliyyə uçotunda vaxtında əks olunmasının təmin edilməsi; İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin maliyyə hesabatlarına düzgün inteqrasiyası; Gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; Əsas vəsaitlər və ehtiyatlar üzrə inventarizasiya prosesində iştirak, uçot və faktiki göstəricilər arasında fərqlərin maliyyə təhlili; Aylıq mal-material silgisinə nəzarət, sənədlərin yoxlanılması və hesabatlarda düzgün əks etdirilməsi; Bank əməliyyatlarının icrası və maliyyə dövriyyəsinə uyğun uçotunun aparılması; Statistika və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi Namizəd üçün tələblər: Müvafiq sahə üzrə ali təhsil; İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi; Excel-də mükəmməl işləmə bacarığı; Sap biliyi üstünküdür ACCA F2, F3 arzuolunandır; İngilis dili üstünlükdür, rus dili arzuolunandır Xüsusi bacarıqlar: Dəqiqlik və detallara diqqət yetirə bilmə bacarığı; Müstəqil və komandada işləmək bacarığı; Düzgün analiz bacarığı; Analitik və tənqidi düşüncə; İş şəraiti: İş qrafiki: 5/7; 09:00-18:00; Iş yeri: Bakı şəhəri Könüllü tibbi sığorta; Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır Mövzü yerinə “Aparıcı mühasib” yazıb qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.