Soyutma sistemləri üzrə operator
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
Su soyutma sistemlərinin (soyutma qüllələri, nasoslar, kollektorlar, boru xətləri) normal rejimdə istismarına nəzarət etmək.
Dövriyyə suyun temperaturu, təzyiqi, səviyyəsi və sərfiyyatına nəzarət aparmaq.
Nasos aqreqatlarının, elektrik mühərriklərinin və mexaniki hissələrin iş rejimini izləmək.
Ölçü cihazlarından və sahə avadanlıqlarından daxil olan siqnalları izləmək və təhlil etmək.
Alarm və qəza siqnalları zamanı ilkin tədbirləri görmək və məsul şəxslərə məlumat vermək.
Su sızmaları, vibrasiya, qeyri-normal səs və temperatur artımı kimi hallar üzrə operativ reaksiya vermək.
Müəyyən edilmiş qrafik üzrə texniki baxış və texniki qulluq işlərinin icrasını təşkil etmək.
Avadanlıqların iş rejimi ilə bağlı növbə jurnallarını və əməliyyat qeydlərini aparmaq.
Təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tələblərinə ciddi əməl etmək.
Tələblər
:
Orta ixtisas və ya ali texniki təhsil (mexanika, energetika, istilik energetikası, sənaye sistemləri üzrə);
İstehsalat sahəsində 1-3 il iş təcrübəsi;
Məsuliyyətli və diqqətli olmaq;
Komanda ilə işləmə bacarığı;
Növbəli iş rejiminə uyğunlaşmaq;
Operativ qərar vermək bacarığı;
İş şəraiti:
İş yeri: Sumqayıt şəhəri;
İş qrafiki: növbəli;
Nahar pulu;
Sumqayıt və 20 Yanvar dairəsindən servis;
Könüllü Tibbi sığorta;
Əmək haqqı: 600 AZN (net);
Mövzü yerinə “Soyutma sistemləri üzrə operator” yazıb qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
AzerFloat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14826
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə