Şirkətlərə Qayıt
Unicapital

Unicapital

6

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

6 iş elanı

Unicapital

Kiçik treyder

Unicapital

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək; Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək; Müştərilərin məlumatlandırılmasının təmin edilməsi; Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq; Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək; Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək; Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək; Müştərilər haqda analitik informasiyalar hazırlamaq; Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək; Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək; Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifəyə dair tələblər Ali iqtisadi təhsil; Sahə üzrə 1 il iş təcrübəsi; İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq; Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək; İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək; Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi; Korporativ davranış normalarını bilmək; Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək; Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı); Azərbaycan dili üzrə sərbəst bilik; İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri; Kollektivlə ünsiyyət qurmaq bacarığı; Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Unicapital

IT Mühəndis

Unicapital

Freelance
Orta Səviyyə

Vəzifə öhdəlikləri Cəmiyyətin server və şəbəkə infrastrukturunu quraşdırılmasını, konfiqurasiya edilməsini və fasiləsiz işləməsini təmin etmək; Server‑xidmətlərdə və şəbəkə avadanlıqlarında baş verən nasazlıqları proaktiv monitorinq etmək, diaqnostika aparmaq və operativ həll etməsində dəstək göstərmək; zərurət olduqda məsələni aidiyyatı funksiyalara yönəltmək - DB admin, NetAdmin, SysAdmin, Infosec və ya IT komandalarına eskalasiya etmək və icrası üzərində nəzarəti saxlamaq; Biznes‑kritik xidmətlərdə yaranan texniki xətaları təhlil etmək, vendor və dəstək komandaları ilə koordinasiyalı şəkildə problemi aradan qaldırmaq; Backup strategiyası, load‑balancing, fayl serveri, virtualizasiya və digər əsas xidmətlərin dizaynı, test edilməsi, dayanıqlı və təhlükəsiz istismarını təmin etmək; bərpa ssenarilərini mütəmadi sınaqdan keçirmək; Cəmiyyətin əməkdaşlarının İT sorğularını (avadanlıq, qoşulma, printer/skaner, proqram təminatı və s.) vaxtında qəbulu, prioritetləşdirilməsi və həlli; istifadəçi məmnuniyyətinin təmin edilməsi; İT avadanlıqlarının (notbuk, PC, monitor, dock‑stansiya, periferiya və s.) tam inventarizasiyasını aparmaq, təhvil‑təslim aktlarını və seriya nömrələrini elektron sistemdə aktual saxlamaq; İnformasiya təhlükəsizliyi siyasətlərini (Acceptable Use, Clean Desk, Phishing Awareness, Remote Work və s.) tətbiq edilməsində dəstək göstərmək; Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün giriş icazələrini idarə etmək, logların, antivirus və EDR həllərinin monitorinqini aparmaq, risklərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin etmək; Şirkətin texnoloji ehtiyaclarını analiz etmək, yeni avadanlıq və proqram təminatı üzrə bazar araşdırmaları aparmaq, optimal qiymət‑keyfiyyət balansını seçmək və satınalma prosesini idarə etmək; Bütün İT dəyişiklikləri, hadisələr və aktivlər üzrə sənədləşmə, prosedur və təlimatları hazırlamaq, mütəmadi yeniləmək və audit tələblərinə uyğunluğunu təmin etmək; Elektron ticarət və digər yeni məhsul/xidmət layihələrində İT tərəfdən iştirak etmək, pilot testləri dəstəkləmək, sistemlərin dayanıqlığını və SLA/KPI göstəricilərini izləmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək; Kommersiya sirrinin qorunmasına riayət edilmək; Bilavasitə ona təhkim edilmiş Cəmiyyətə aid mülkiyyəti qorunmaq və lazımi səviyyədə saxlanılmasını təmin etmək; Xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə baxılması üçün təqdim etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifə üzrə tələblər İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil; Müvafiq sahədə 2 il iş təcrübəsi; Şəbəkə və server idarəçiliyi, sistem təhlükəsizliyi və proqramlaşdırma sahələrində təcrübə; Şəbəkə qurğuları, sistemlər və serverlər haqqında dərin biliklər. Windows, Linux və digər əməliyyat sistemləri ilə təcrübə; Şəbəkə təhlükəsizliyi və şifrələmə protokolları haqqında biliklər. Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Unicapital

Hesabatlılıq şöbəsinin mütəxəssisi

Unicapital

Tam Ştat
Menecer

Vəzifə öhdəlikləri Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq üzrə gündəlik əməliyyatları icra etmək; Cəmiyyətin  maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək; Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow) Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək; Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək; Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq; MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək; Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq; Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq; Daxili hesabat sistemləri məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək; Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək; Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək; Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması; Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Vəzifə üzrə tələblər Ali iqtisadi təhsil Mühasibat uçotu və IFRS bilikləri Vergi və maliyyə qanunvericiliyini başa düşmək Excel biliyi (pivot, lookup, formulas) 1C proqramında işləmə təcrübəsi; . SQL və Power BI üzrə biliklər üstünlük hesab olunur Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.